Salonda, evdə estetik əməliyyat EDƏNLƏR – Onlara bu icazəni kim verib?

Son illərdə Azərbaycanda estetik əməliyyatlara maraq artıb. İnsanlar, əsasən, burun plastikası, artıq hesab etdikləri piylərin götürülməsi, süd vəzilərinin kiçildilməsi və böyüdülməsi üçün müraciət edirlər. Bundan başqa, üzdəki qırışların və sallaq dərinin aradan qaldırılması, buxağın götürülməsi əməliyyatları icra olunur.

Lakin bu əməliyyatlar həmişə uğurlu olmur. 

Uğursuz əməliyyatlarla bağlı tez-tez sosial şəbəkələrdə narazılıqlara rast gəlirik. Daha çox özəl klinikalarda aparılan bu tip əməliyyatları yerinə yetirmək üçün hansı ixtisas üzrə təhsil almağın vacib olduğu bildirilmir. Bəzən buxağın götürülməsi, dodaqlara dolğunun vurulması, botoks proseduru adi yerlərdə, gözəllik salonlarında, hətta evlərdə həyata keçirilir.

Bəs qanunla bu necə tənzimlənməlidir?

Mövzu barədə Bizim.Media-ya danışan vəkil Əsabəli Mustafayev deyib ki, bu, ayrı bir ixtisaslaşma tələb edir:

“Ümumi qaydaya görə, həmin əməliyyatları aparmaq üçün tibb mütəxəssisi hansısa təlimləri keçməli, sertifikat almalıdır. İndi klinikalarda bunun tələb olunub olunmadığını bilmirəm. 

Bu əməliyyatlarla bağlı neqativ məlumatlar eşidirik, bahalı əməliyyatdır deyə az qala baytar həkimi də insanların üz-gözündə əməliyyat aparmağa həvəs göstərir. Əgər sertifikat tələb olunmursa, biz də ictimai müzakirələri nəzərə alıb sertifikatın, əgər ayrıca fərdi qaydada işləyirsə, lisenziyanın tələb olunması məsələsini qaldıra bilərik. 

Klinikada işləyisə, peşəsini göstərən sertifikatla orada işləyə bilər, onda klinikanın rəhbərliyi məsuliyyət daşıyır. Bəziləri bu əməliyyatları öz evlərində, birotaqlı klinikalar açıb orda edirlər, onda onlar lisenziya almalıdırlar”.

Hüquqşünas bildirib ki, bunları tənzimləyən normativ aktla rastlaşmayıb:

“Klinika açmaq üçün mütləq Səhiyyə Nazirliyinin lisenziyası lazımdır. Hər bir normativ akt həyat tələbatından yaranır. Bu əməliyyatlar geniş və nizamlanmamış yayılıb. Ona görə də fəsadları çoxdur. Birinci növbədə bu adamların mütləq sertifikatlaşması tələb olunmalıdır. Yəni universitethəmin ixtisası vermirsə o, mütləq hardasa təhsil almalı və təhsilinə uyğun, təhsilini təsdiq edən sertifikatı olmalıdır. Bu işlərlə fərdi qaydada məşğuldursa, lisenziya almalıdır. 

Diş çəkən həkim lisenziya alırsa, estetik əməliyyatlar aparanlar da lisenziya almalıdır. Həmçinin, normativ aktlarda bunun ixtisaslaşmış, əməliyyatlara şərait yaradılmış yerlərdə keçirilməsi əks olunmalıdır. Bu, evdə, mağazanın, gözəllik salonunun bir küncündə olmamamlıdır. 

Biri var yüngül vitamin və botoksun tətbiqi, bir də var piyin götürülməsi, buxağın əməliyyatı, bunlar mütləq klinikalarda aparılmalı və hamısı qanunda öz əksini tapmalıdır. Bunlar nizamlanmadığı üçün bəziləri vəziyyətdən sui-istifadə edirlər. Çünki vahid normativ baza yoxdur”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

15-21 iyun tarixlərində hansı bürclər mənfəət gözləyə bilər?

15-21 iyun tarixlərində hansı bürclər mənfəət gözləyə bilər?

Sülh razılaşmasının vaxtı və yeri MƏLUM OLDU

Sülh razılaşmasının vaxtı və yeri MƏLUM OLDU

“Araz çayından birgə istifadə regional su təminatı üçün vacibdir” - DEPUTAT

“Araz çayından birgə istifadə regional su təminatı üçün vacibdir” - DEPUTAT

“Şəfa” kapitanı ilə müqaviləni uzatdı

“Şəfa” kapitanı ilə müqaviləni uzatdı

Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək

Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək

Qazaxıstanda 1 yaşlı uşaq tualet çuxuruna düşdü - VİDEO

Qazaxıstanda 1 yaşlı uşaq tualet çuxuruna düşdü - VİDEO

Kanada millisini yox, ABŞ-ı dəstəklədi? – Trüdo tənqid hədəfinə çevrildi - VİDEO

Kanada millisini yox, ABŞ-ı dəstəklədi? – Trüdo tənqid hədəfinə çevrildi - VİDEO

Qazonu nə vaxt biçmək lazımdır?

Qazonu nə vaxt biçmək lazımdır?

İranda edama məhkum edilmiş 139 nəfər əfv edildi

İranda edama məhkum edilmiş 139 nəfər əfv edildi

Sürücülər bu xəbəri mütləq oxusun

Sürücülər bu xəbəri mütləq oxusun

Türkiyədə ölü tapılan müəllimin SƏS YAZISI yayıldı -VİDEO

Türkiyədə ölü tapılan müəllimin SƏS YAZISI yayıldı -VİDEO

Makron dövrü: Fransanın qlobal etimad problemi

Makron dövrü: Fransanın qlobal etimad problemi

Suriyadan gətirilmiş 23 azərbaycanlı sosial xidmət müəssisəsinə yerləşdirilib

Suriyadan gətirilmiş 23 azərbaycanlı sosial xidmət müəssisəsinə yerləşdirilib

Ünal Üstel: “Bir millət, üç dövlət” əlaqələrimizi ən yaxşı ifadə edən şüardır”

Ünal Üstel: “Bir millət, üç dövlət” əlaqələrimizi ən yaxşı ifadə edən şüardır”

80 qəpiklik dondurmalarla bağlı gizli TƏHLÜKƏ

80 qəpiklik dondurmalarla bağlı gizli TƏHLÜKƏ

Sərdar Ortacın vəziyyəti ağırlaşdı

Sərdar Ortacın vəziyyəti ağırlaşdı

Fikri Ataoğlu: “Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir”

Fikri Ataoğlu: “Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir”

Şirkətin 4 mindən çox işçisi eyni gündə milyonçu oldu

Şirkətin 4 mindən çox işçisi eyni gündə milyonçu oldu

Atasının hədiyyəsi gəlin köçən qızı AĞLATDI - VİDEO

Atasının hədiyyəsi gəlin köçən qızı AĞLATDI - VİDEO

Polşada azərbaycanlı sürücüyə HÜCUM OLDU – ŞOK görüntülər

Polşada azərbaycanlı sürücüyə HÜCUM OLDU – ŞOK görüntülər

Ən çox yalan danışan BÜRCLƏR

Ən çox yalan danışan BÜRCLƏR

XİN-dən Birləşmiş Krallığa təbrik mesajı - FOTO

XİN-dən Birləşmiş Krallığa təbrik mesajı - FOTO

Polad Həşimov və Arəstə Baxışovanın övladları da məktəblə vidalaşdı

Polad Həşimov və Arəstə Baxışovanın övladları da məktəblə vidalaşdı

Yeni Yasamalda bədbəxt hadisə - Qadın həyatını itirdi

Yeni Yasamalda bədbəxt hadisə - Qadın həyatını itirdi

End of content

No more pages to load

RADİO