Şəmkirdə yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Şəmkir şəhərində, Səməd Vurğun küçəsində hərəkətdə olan "VAZ" markalı minik maşını piyadanı vurub.
Hadisə nəticəsində 2019-cu il təvəllüdlü Amin İslamlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu