Bakının bu istiqamətində yol hərəkəti yenidən TƏŞKİL EDİLİR - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərinin küçə və prospektlərində hərəkətin yenidən təşkili üzrə layihələrin icrası davam etdirilir.

Bizim.Media xəbər verir ki, yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə Bakı şəhərində nəzərdə tutulan 7 layihədən üçüncüsünün icrasına başlanılıb.

Bu dəfə Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir.

Hazırkı şəraitdə Xocalı prospektindən 28 May və Ü.Hacıbəyov küçələri ilə şəhər istiqamətinə yönəlmək istəyən nəqliyyat vasitələri Yusif Səfərov küçəsi ilə kəsişmədən sağa dönərək tunelin yaxınlığındakı geriyə dönmə yerindən istifadə edirlər.

Bu isə həm Yusif Səfərov küçəsinin həmin aralıqda qalan hissəsində, həm də mövcud geriyə dönmə yerində nəqliyyat yükünün və sıxlıqların artmasına səbəb olur. Kəsişmədə infrastruktur olmadığından piyadalar yolu müəyyən olunmamış yerlərdən keçmək məcburiyyətində qalırlar.

AYNA tərəfindən yol kəsişməsində araşdırmalar aparılıb, nəqliyyat axınları hesablanıb, mövcud nəqliyyat şəraiti təhlil edilib. Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində nəqliyyat şəraitinin təkmilləşdirilməsi, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb.

Sözügedən layihə əsasında Xocalı prospekti ilə Y.Səfərov küçəsinin kəsişməsində arakəsmənin ləğv edilərək nizamlanan yolayrıcının təşkil edilməsi, Xocalı prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin kəsişmədən birbaşa sola hərəkətinə şərait yaradılması planlaşdırılır.

Hesablamalara əsasən, həyata keçiriləcək dəyişikliklər nəticəsində Y.Səfərov küçəsindəki geriyə dönmə yerinin nəqliyyat yükü 950 avt/saat azalacaq, nəqliyyat vasitələrinin, həmçinin marşrut avtobuslarının izafi yürüşü 1300 m qısalacaq. Svetoforların önündə təşkil ediləcək nizamlanan eyni səviyyəli piyada keçidlərinin hesabına piyadaların əlçatanlığı və təhlükəsizliyi təmin ediləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsveçrədə sabah qeyri-adi referendum keçiriləcək

İsveçrədə sabah qeyri-adi referendum keçiriləcək

Şabranda kişi evinin həyətində ölü tapıldı

Şabranda kişi evinin həyətində ölü tapıldı

Pezeşkian: "İrana qarşı iqtisadi müharibə aparılır"

Pezeşkian: "İrana qarşı iqtisadi müharibə aparılır"

Aygün Kazımova məzunların tədbirində geyimi ilə gündəm oldu - FOTO

Aygün Kazımova məzunların tədbirində geyimi ilə gündəm oldu - FOTO

Makronun İrəvan FİASKOSU – Ermənilərin gizlətməyə çalışdığı tarixi irsimiz belə İFŞA OLDU – VİDEO

Makronun İrəvan FİASKOSU – Ermənilərin gizlətməyə çalışdığı tarixi irsimiz belə İFŞA OLDU – VİDEO

Azərbaycan millisi dünya çempionu oldu - FOTO

Azərbaycan millisi dünya çempionu oldu - FOTO

İran XİN: “Nüvə proqramı müzakirə mövzusu deyil”

İran XİN: “Nüvə proqramı müzakirə mövzusu deyil”

Nazir Kəlbəcərin yeganə məzununun “Son zəng”ində - FOTO

Nazir Kəlbəcərin yeganə məzununun “Son zəng”ində - FOTO

Xamenei yüzlərlə məhbusu ƏFV ETDİ

Xamenei yüzlərlə məhbusu ƏFV ETDİ

Biləsuvarda evə girən oğru tanındığını bilincə qadını 20 yerdən bıçaqladı - TƏFƏRRÜAT

Biləsuvarda evə girən oğru tanındığını bilincə qadını 20 yerdən bıçaqladı - TƏFƏRRÜAT

Növbəti mövsümdə ölkə klublarına ayrılacaq vəsait BƏLLİ OLDU

Növbəti mövsümdə ölkə klublarına ayrılacaq vəsait BƏLLİ OLDU

Ermənistandakı seçkilərin yekun nəticələri BU TARİXDƏ açıqlanacaq

Ermənistandakı seçkilərin yekun nəticələri BU TARİXDƏ açıqlanacaq

İsrailin hücumları zamanı Livanda şəhər meri həlak oldu

İsrailin hücumları zamanı Livanda şəhər meri həlak oldu

MİQ-də ən böyük çatışmazlıq bu fənlərdədir: vakansiya illərlə boş qalır

MİQ-də ən böyük çatışmazlıq bu fənlərdədir: vakansiya illərlə boş qalır

Polşanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə HƏBS OLUNDU - FOTO

Polşanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə HƏBS OLUNDU - FOTO

Bakıda mühüm görüş: TRİPP-in icrası nəzərdən keçirildi - FOTO

Bakıda mühüm görüş: TRİPP-in icrası nəzərdən keçirildi - FOTO

"3 ildə 4 dəfə əməliyyat olundum" - VİDEO

"3 ildə 4 dəfə əməliyyat olundum" - VİDEO

Bəqai: ABŞ ilə memorandum sabah imzalanmayacaq

Bəqai: ABŞ ilə memorandum sabah imzalanmayacaq

Ağdamda yanğın başladı: Xocalıdan heyət cəlb edildi – FOTO

Ağdamda yanğın başladı: Xocalıdan heyət cəlb edildi – FOTO

Bakı məktəbinin koreyalı məzunu: "Azərbaycanı çox sevirəm" - FOTO

Bakı məktəbinin koreyalı məzunu: "Azərbaycanı çox sevirəm" - FOTO

"Son zəng"dəki mahnılar... - Nazirdən maraqlı REAKSİYA

"Son zəng"dəki mahnılar... - Nazirdən maraqlı REAKSİYA

Azərbaycana PUA ilə narkotik keçirmək istədilər - FOTO

Azərbaycana PUA ilə narkotik keçirmək istədilər - FOTO

Bakıda koreyalı atanın məzun övladına dediyi sözlər GÜLDÜRDÜ - VİDEO

Bakıda koreyalı atanın məzun övladına dediyi sözlər GÜLDÜRDÜ - VİDEO

Kürdəmirdə ağır yol qəzası: 3 yaralı var - FOTO

Kürdəmirdə ağır yol qəzası: 3 yaralı var - FOTO

End of content

No more pages to load

RADİO