İsmayıllıda 47 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Talıstan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1977-ci il təvəllüdlü Hüseynova Göyçə Hacalı qızı həyətdə iş görərkən ehtiyatsızlıq edərək elektrik naqilinə toxunub və nəticədə onu cərəyan vurub. Qadın elə hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Hazırda fakt araşdırılır.
Bizim.Media, Aran bürosu