Lənkəranda konserv zavodu fəaliyyətini dayandırıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ləğv olunma barədə səhmdarların ümumi yığıncağında qərar qəbul olunub.
Qeyd edək ki, 1997-ci ildən səhmdar cəmiyyət olaraq fəaliyyət göstərən "Lənkəran Konserv Zavodu” 2 hektarlıq ərazidə yerləşirdi. Zavodun dəyəri 3 milyon manat qiymətləndirilirdi.
Sabutay, Bizim.Media, Cənub bürosu