Nazirlər Kabineti “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nda dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, internat tipli ümumi təhsil müəssisələrinin şagirdlərinin dövlət təminatları və onların xüsusi hallarda təhsil müəssisələrində saxlanılma şərtləri müəyyənləşib.
Beləliklə, Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 270 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”na uyğun olaraq xüsusi ümumtəhsil məktəblərində və internat tipli ümumi təhsil müəssisələrində şagirdlər tam və ya qismən (yataqxana və qida ilə təminat) dövlət təminatında saxlanılırlar və onlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normativlər və qaydalar üzrə qida, paltar, ayaqqabı, şəxsi gigiyena əşyaları, yumşaq inventar, dərslik, tədris ləvazimatları və digər zəruri avadanlıqlarla təmin olunurlar.
Bizim.Media