Astarada azyaşlı piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Astara rayon ərazisində hərəkətdə olan minik avtomobili, rayonun Şahağacı kənd sakini olan 9 yaşlı uşağı vurub.
Azyaşlı ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması diaqnozu ilə yaralı vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu