Lənkəran rayonunun Gərmətük kəndi ərazisində internet provayderlərindən birinin əməkdaşı, Mamusta kənd sakini 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov internet xətti çəkilən zaman yüksək gərginlikli elektrik xətlərinə toxunub.
Bizim.Media xəbər verir ki, bu zaman yüksək gərginlikli elektrik cərəyanı onu vurub.
Digər işçilərin köməyi ilə huşsuz vəziyyətdə olan C.Həsənov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həkimə qədər ölüm faktı qeydə alınıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu