Bu məktəbin direktoru 995 min mənimsəyib - Əmlaklarına həbs qoyuldu

Gədəbəy rayonu Zəhmət kənd uşaq musiqi məktəbinin direktoru işləmiş Şərifova Təranə Mikayıl qızı mənimsəməyə görə cinayət məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, istintaqla Təranə Şərifovanın sözügedən təhsil müəssisəsinin direktoru vəzifəsində işlədiyi 2008-2022-ci illər ərzində qulluq mövqeyindən istifadə edərək faktiki olaraq işə çıxmayan müəllimlərə əməkhaqqı hesablatmaqla onlara məxsus kart hesablarına köçürülmüş pul vəsaitlərini nağdlaşdırmasına, habelə bəzi müəllimlərə artıq dərs saatları təhkim edərək onlara hesablanmış aylıq əməkhaqqının əhəmiyyətli hissəsini tələb edib almasına, bununla da Mədəniyyət Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 995 min manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İbtidai istintaq dövründə vurulmuş ziyanın ödənilməsini təmin etmək məqsədilə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə məxsus əmlakların üzərinə həbs qoyulub.

Toplanmış sübutlar əsasında Təranə Şərifovaya Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, onun yaşı nəzərə alınmaqla barəsində əsas qətimkan tədbiri qismində polisin nəzarəti altına vermə, həmçinin məhkəmənin qərarı ilə əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İqlimi dəyişdirən gizli texnologiyalar...

İqlimi dəyişdirən gizli texnologiyalar...

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Hidayət Orucov VƏFAT ETDİ

Hidayət Orucov VƏFAT ETDİ

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

Konqoda yayılan Ebola ştamı artıq sərhədləri AŞIR

Konqoda yayılan Ebola ştamı artıq sərhədləri AŞIR

AZAL-ın Naxçıvana gedən təyyarəsi GERİ DÖNDÜ

AZAL-ın Naxçıvana gedən təyyarəsi GERİ DÖNDÜ

End of content

No more pages to load

RADİO