Qəbələ şəhərində bir dam altında tikilən ümumi sahəsi 455 m² olan 13 boksdan ibarət avtomobil təmiri sexinin yanar konstruksiyaları 140 m² sahədə və içərisində təmirə dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, sexin qalan hissəsi və içərisində olan 2 ədəd avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media