BİZİM TƏQVİM: 12 iyunda baş vermiş tarixi hadisələr

2015-ci ilin bu günündə Bakı Olimpiya Stadionunda birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və bir sıra ölkələrin prezidentləri, hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri iştirak edib. “Bakı-2015” ilk Avropa Oyunlarında 6 min atlet 20 idman növündə 253 dəst medal uğrunda mübarizə aparıb. İyunun 28-dək davam edən yarışların yekunlarına görə, Rusiya ümumi hesabda birinci, Azərbaycan ikinci, Böyük Britaniya idmançıları isə üçüncü yeri tutub.

Bəs, iyunun 12-də dünyada daha hansı hadisələr baş verib?

1. Osmanlı Sultanı Yavuz Səlim Çaldıran döyüşündən sonra 1515-ci ilin 12 iyununda Turnadağ döyüşündə Dulkadiroğlu Bəyliyini da məğlubiyyətə uğratdı.  

2. 12 iyun 1665-ci ildə Şimali Amerika şəhəri Yeni Amsterdam Nyu-York adlandırılıb. Nyu-York ABŞ-da əhalinin sayına görə ən böyük şəhərdir. Metropol əhalisinin sayı 21 milyon nəfərə çatır.

3. 1918-ci ilin 12 iyun tarixində Azərbaycan Demokratik Cümhuriyyətinin Batumda olan xarici işlər naziri Məhəmmədhəsən Hacinski Türkiyə nümayəndə heyətinin başçısı Xəlil bəyə göndərdiyi məktubda yazırdı: “Rusiya inqilabı nəticəsində Azərbaycan hökuməti böyük çətinliklərə məruz qalır. Ölkənin çox hissəsində üsyan qaldırmış bolşeviklər Bakını ələ keçiriblər. Bununla əlaqədar hərc-mərclik bizi rahat buraxmır.” Məhəmmədhəsən Hacinski bolşeviklərə qarşı mübarizədə Türkiyənin hərbi yardımını vacib hesab edirdi.

4. 1919-cu ildə Qurtuluş Savaşını başlamaq üçün Samsuna gələn Mustafa Kamal Paşa iyunun 12-də Havzadan Amasiyaya keçdi.

5. 12 iyun 1924-cü ildə Atatürkün təlimatı ilə Türkiyənin ilk ekperimental xəstəxanası olan Heybeliada xəstəxanası açıldı.

6. 1940-cı ilin 12 iyununda Türkiyənin o zamankı baş naziri İsmət İnönünün rəhbərliyilə toplanan hökumət Türkiyənin İkinci Dünya Müharibəsində iştirak etməyəcəyi və bitərəf qalacağı ilə bağlı qərarını açıqladı.

7. 12 iyun 1946-cı ildə bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan Azərbaycanın ilk peşəkar sirk kollektivinin premyerası olub. “Azərbaycan toyu” adlı bədii-etnoqrafik tamaşada pəhləvan Sali Süleyman, akrobat Fuad Nəzirov, kəndirbaz Rza Əlixan, atlet Qasım Abdullayev və başqaları çıxış edib.

8. 12 iyun 1967-ci ildə SSRİ  "Venera 4" kosmik gəmisini Venera planetinə göndərdi.

9. Rusiya 1990-cı ilin 12 iyun tarixində rəsmi olaraq müstəqilliyini elan etdi.

10. 12 iyun 1994-cü ildə “Boeing” Korporasiyasının “Boeing 777” tipli yeni təyyarəsi ilk uçuşunu həyata keçirib.

11. 12 iyun 2000-ci ildə Türkiyənin ilk kosmos düşərgəsi olan "Uzay Kampı Türkiye" açıldı.

12. Azərbaycan təbii qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Trans Anadolu Təbii Qaz Boru Kəməri – TANAP 2018-ci ilin 12 iyununda açıldı.

12 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Qədim gürcü knyazı nəslindən olan rus generalı Pyotr Baqration 1765-ci ilin bu günü anadan olub.  1812-ci ildə Borodino döyüşündə rus ordusunun sol cinahının komandiri olan Baqration ağır yaralanaraq həlak olub. (1765-1812)

2. 12 iyun 1928-ci ildə  Xalq yazıçısı İsa Hüseynov (Muğanna; 1928 – 1.4.2014) Qazax rayonunun Muğanlı kəndində  doğulub. Tarixi və fəlsəfi romanları (“Məhşər”, “Yanar ürək”, “İdeal” və s.) yazıçıya böyük şöhrət gətirib. “Ulduzlar sönmür”, “Tütək səsi”, “Nəsimi” və s. filmlərin ssenari müəllifidir.

3. 12 iyun 1932-ci ildə  Xalq artisti Hacıbaba Bağırov (1932 – 4.10.2006) Bakıda anadan olub. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996-2006-cı illərdə teatra rəhbərlik edib. Çəkildiyi filmlər: “Ulduz”, “Qanun naminə”, “Onun bəlalı sevgisi”, “Alma almaya bənzər” və s.
4. 12 iyun 1977-ci ildə Əməkdar artist Məmmədkəbir Kərimov (1906-1977) vəfat edib. Şəki Dövlət Dram Teatrının aktyoru olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İqlimi dəyişdirən gizli texnologiyalar...

İqlimi dəyişdirən gizli texnologiyalar...

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Hidayət Orucov VƏFAT ETDİ

Hidayət Orucov VƏFAT ETDİ

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

Konqoda yayılan Ebola ştamı artıq sərhədləri AŞIR

Konqoda yayılan Ebola ştamı artıq sərhədləri AŞIR

AZAL-ın Naxçıvana gedən təyyarəsi GERİ DÖNDÜ

AZAL-ın Naxçıvana gedən təyyarəsi GERİ DÖNDÜ

End of content

No more pages to load

RADİO