Gəncədə dəyəri 100 min manatdan çox olan qanunsuz tütün məmulatları AŞKARLANDI

Dövlət Vergi Xidməti (DVX) tərəfindən aparılan əməliyyat tədbirləri zamanı Gəncə şəhərində aksiz markası olmayan və saxta aksiz markaları ilə markalanmış məhsulların satışının həyata keçirildiyi bir sıra obyektlərin dislokasiyası müəyyənləşdirilib.

DVX-dən Bizim.Media-ya bildirilib ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi, 12 saylı Ərazi Vergilər Baş idarəsi və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə məhkəmə qərarları əsasında və operativ vergi nəzarəti tədbirləri çərçivəsində keçirilmiş birgə nəzarət tədbirləri zamanı qeyri-qanuni olaraq külli miqdarda aksiz markası ilə markalanmamış məhsulların satışının aparılması və satış məqsədilə saxlanması faktları aşkar edilib.

Belə ki, Heydərov Rüstəm Qasım oğluna məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsi, ev 35 yaşayış ünvanında 865,7 min ədəd, Əliyev Şahin Qulu oğluna məxsus Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, 20/6 ünvanda yerləşən ərzaq mağazasında 313,2 min ədəd və Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi, ev 32 yaşayış ünvanında 588,4 min ədəd olmaqla, ümumi dəyəri 100 min manatdan yuxarı olan aksiz markası ilə markalanmamış tütün məmulatı aşkar edilərək protokol əsasında götürülüb.
“Hazırda faktlarla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır. DVX bir daha hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, aksiz markası ilə markalanmalı olan malların aksiz markası olmadan və ya saxta aksiz markaları ilə satışı qanun pozuntusudur. Qanunvericiliyin müddəalarının pozulmasına görə, məsuliyyət yalnız qeyri-qanuni məhsulların istehsalı və idxalı ilə məşğul olanlara deyil, həmçinin bu cinayət şəbəkəsinə cəlb edilmiş hər kəsə, o cümlədən onun pərakəndə satışını həyata keçirən şəxslərə də şamil olunur.

Aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı faktlarının aşkarlanması istiqamətində vergi nəzarəti tədbirləri davam etdirilir və qanun pozuntusu hallarına yol vermiş şəxslərə qarşı qanunvericilik çərçivəsində sərt tədbirlər görüləcək”, - DVX-nin məlumatında bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

İqlimi dəyişdirən gizli texnologiyalar...

İqlimi dəyişdirən gizli texnologiyalar...

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Hidayət Orucov VƏFAT ETDİ

Hidayət Orucov VƏFAT ETDİ

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

End of content

No more pages to load

RADİO