“Sea Breeze”də “McDonald's Azərbaycan”ın yeni restoranı açılıb! - FOTO

İyunun 8-də dəniz kənarında “Sea Breeze Resort” kompleksində “McDonald's Azərbaycan”ın yeni restoranının açılışı olub.

Açılış mərasimində “Sea Breeze Resort”un sahibi Emin Ağalarov və “McDonald's Azərbaycan”ın Müşahidə Şurasının sədri Fərid Əli Zadə iştirak ediblər.

Yeni “McDonald's” restoranı hər kəsi rahat atmosferdən və ləziz təamlardan həzz almağa dəvət edir. Restoranın açıq havada vaxt keçirə və Xəzər dənizinin gözəl mənzərələrindən zövq ala biləcəyiniz geniş terrası var. Ümumilikdə restoranda təxminən 200 oturacaq yeri var.

Yeni restoranın özəlliklərindən biri də ziyarətçiləri zəriflik və rahatlıq atmosferinə qərq edəcək “Geometry” dizaynıdır. Restoran həmçinin masa arxasında əyləşərək sifarişinizi qəbul etməyə və əlavə rahatlıq yaşamağa imkan verən “Table Service” xidməti təklif edir.

Bu restoranın açılışı ilə 70-dən çox yeni iş yeri yaradılıb. Aparıcı ictimai iaşə şəbəkələrindən biri olaraq, “McDonald’s Azərbaycan” şirkəti ümumilikdə 2500 nəfərdən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.

Azərbaycana sərmayə yatıran ilk qlobal brendlərdən biri olan “McDonald’s” şirkəti 25 ildir ki, yerli istehsalın genişlənməsinə xidmət etməklə, ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir.

“McDonald's Azərbaycan”ın tədarük və logistika, işəgötürmə kimi iqtisadiyyatın müxtəlif sektorlarından olan 100-dən çox yerli şirkətlə, eləcə də informasiya texnologiyaları, marketinq və s. şirkətlərlə davamlı əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir.

Bakı ətrafında yerləşən premium dəniz kurortu və dənizkənarı kompleks olan “Sea Breeze” 2006-ci ildə Emin Ağalarov tərəfindən təsis edilib.

Buranın mülayim iqlim və böyük dəniz akvatoriyası müasir infrastruktur, həmçinin şəhər sakinləri və qonaqları üçün hər cür xidmət və əyləncə ilə ahəngdar şəkildə tamamlanır. Kompleksin ümumilikdə 500 hektar ərazisində müxtəlif apart-hotellər və villalar, çimərlik kompleksləri, fitnes mərkəzləri, restoranlar, uşaq meydançaları, əyləncə parkı, sirk, məktəb və s. yerləşir.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

İqlimi dəyişdirən gizli texnologiyalar...

İqlimi dəyişdirən gizli texnologiyalar...

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Hidayət Orucov VƏFAT ETDİ

Hidayət Orucov VƏFAT ETDİ

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

End of content

No more pages to load

RADİO