Vətəndaşlara bank kartları ilə bağlı daha bir ÇAĞIRIŞ

Son vaxtlar vətəndaşların bank kartlarından kiberüsulla onların vəsaitlərinin oğurlanması hallarına rast gəlinir. Xüsusilə, tez-tez insanlara naməlum şəxslər tərəfindən xarici ölkələrə məxsus nömrələrdən, xarici ölkə vətəndaşlarına məxsus sosial şəbəkə hesablarından mesaj və ya zənglər gəlir. Yayılan məlumatlara görə, bu mesaj və ya zənglərə cavab verildikdə onların şəxsi məlumatları ələ keçirilir və ya onlara qarşı digər dələduzluq halları törədilir.

Bizim.Media xəbər verir ki, mövzuya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) münasibət bildirib.

Açıqlamada deyilir ki, qurum tərəfindən qeyd olunan dələduzluq hallarının qarşısının alınması ilə bağlı mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir:

"Tədbirlərin həyata keçirilməsində əsas məqsəd kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması və onlayn mühitdə təhlükəsizliyin təmin edilməsidir. Həmçinin rəqəmsal medianın sosial şəbəkə seqmentində kibertəhlükəsizliklə bağlı maarifləndirici paylaşımlar icra edilir. Paylaşımlarda vətəndaşların dələduzluq hallarında nələrə diqqət yetirmələri və kibertəhlükəsizlik baxımından hansı təlimatlara əməl etmək barədə məlumatlar qeyd olunur. Digər tərəfdən, daxil olan vətəndaş müraciəti əsasında kibertəhdidlərin qarşısının alınması istiqamətində müvafiq profilaktik tədbirlər həyata keçirilir".

ETX hesab edir ki, son zamanlar belə halların sayının artmasının başlıca səbəblərindən biri vətəndaşların fərdi məlumatlarının təhlükəsizliyinə diqqət yetirməmələri ilə əlaqədardır:

"Belə ki, fərdi məlumatların ictimaiyyətə açıq şəkildə sosial şəbəkələrdə yerləşdirilməsi, həmçinin bilinməyən mənbələrdən göndərilən şübhəli keçidlər vasitəsilə cihazların zərərverici proqrama yoluxdurulması potensial kiberhücum cəhdlərini asanlaşdırır. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan tanımadıqları şəxslərdən gələn zənglərə, iş təkliflərinə, həvəsləndirici tapşırıqlara qarşı diqqətli olmağı, həmçinin bank kartı və digər fərdi məlumatları qarşı tərəfə ötürməməyi tövsiyə edir. Bununla yanaşı, hər hansı bir qurumun adından keçirilən kampaniya tipli məlumatları müvafiq qurumun özü ilə dəqiqləşdirmək tövsiyə olunur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

İqlimi dəyişdirən gizli texnologiyalar...

İqlimi dəyişdirən gizli texnologiyalar...

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Hidayət Orucov VƏFAT ETDİ

Hidayət Orucov VƏFAT ETDİ

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

End of content

No more pages to load

RADİO