Xaçmazın Kiçik Baraxum kəndində 27 yaşlı Taleh Əkbərov özünü asmaqla həyatına qəsd edib.
Bizim.Media xəbər verir ki, onun asılmış meyitini səhər saatlarında anası görüb.
Mərhum nişanlı idi, yaxınlarda toyu olacaqdı.
Onun intihar etməsinin səbəblərini Xaçmaz rayon prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu