Naxçıvan-Şahbuz magistral avtomobil yolunun kənarında quru otluq sahədə yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə muxtar respublikanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, “112” qaynar telefon xəttinə Naxçıvan-Şahbuz magistral avtomobil yolunun kənarında quru otluq sahədə yanğının baş verməsi barədə məlumatlar daxil olub.
Məlumatla əlaqədar Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğın nəticəsində 3,5 hektar yol kənarı və həyətyanı sahələrdə quru otluq yanıb, 6,5 hektar sahə, 3 fərdi yaşayış evi, 1 heyvandarlıq ferması, 1 yardımçı tikili, 1 transformator, 1 mobil telefon antenası (köşkü ilə birlikdə) yanğından mühafizə edilib.
Yanğının daha geniş sahəyə yayılmasının qarşısı alınıb.


Bizim.Media