Zərdab rayonunun Qoruqbağı kəndində "Беларусь" markalı traktorun 2 ədəd qoşqusunun yanar hissələri və qoşquya yığılan 4,5 ton ot bağlamasının 3 tonu yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd edilib ki, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media