Audiovizual Şuradan daxili TV antenası ilə yayımlanan kanallardakı problemlərə AÇIQLAMA 

Audiovizual Şura bəzi vətəndaşların daxili TV antenləri ilə birbaşa Bakı Teleqüllə Kompleksindən yayımlanan kanalların izlənməsində yaşadıqları çətinliklərlə bağlı müraciətlərinə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, report-un sorğusuna cavab olaraq Şuradan bildirilib ki, Bakı şəhəri və Abşeron yarımadası ərazisinin çox hissəsində Bakı Teleqüllə Kompleksindən 85-95 km məsafədə təmiz siqnal var.

Çünki bu stansiyada istismar olunan televiziya vericilərinin gücü və verici antenlərin gücləndirmə əmsalı kifayət qədər yüksək, antenlərin hündürlüyü isə təxminən 400-450 metr arasındadır:

"Lakin Bakı şəhəri və Abşeron yarımadasının bəzi yerlərində relyefin nahamar olması, yeni çoxmərtəbəli binaların inşası səbəbindən düz radiogörmə təmin olunmur və ya müxtəlif böyük ölçülü maneələr (divarlar, keçirici materiallardan ibarət olan çərçivələr, təpələr və s.) olduğu təqdirdə yerüstü televiziya yayımının aparıldığı desimetrlik dalğalar bu maneələri aşa bilmir və ona görə də qəbul şərtləri pozulmuş olur".

Həmçinin qeyd edilib ki, Bakı şəhəri və Abşeron yarımadası ərazisində cari ilin mart ayından etibarən, bir çox TV kanalları DVB-T2 standartı üzrə sınaq yayımları həyata keçirir:

"Bu standart 2014-cü ildən qabaq istehsal olunmuş TV qəbuledicilər tərəfindən dəstəklənmir. Qeyd edək ki, yeni standart barədə qabaqcadan ictimaiyyətə müvafiq qaydada məlumat verilib".

Audiovizual Şura sözügedən problemlə qarşılaşan vətəndaşlara bu barədə qurumu məlumatlandırmağı tövsiyə edib:

"Məsələni yerində monitorinq etdikdən sonra digər aidiyyəti qurumlarla birlikdə problemin həlli istiqamətində müvafiq addımlar atılacaq".

Qeyd edək ki, sosial şəbəkələrdə bəzi vətəndaşlar paylaşımlar edərək daxili TV anten ilə birbaşa teleqüllədən yayımlanan kanalların izlənməsində dalğa problem ilə qarşılaşdıqlarını bildiriblər.

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün magistraturaya qəbul imtahanı var

Bu gün magistraturaya qəbul imtahanı var

Ərdoğan: “Türkiyənin hər yerində ürəklər sizinlə birgə döyünəcək”

Ərdoğan: “Türkiyənin hər yerində ürəklər sizinlə birgə döyünəcək”

DÇ-2026: Türkiyə Avstraliyaya qarşı - CANLI

DÇ-2026: Türkiyə Avstraliyaya qarşı - CANLI

Kaluqa və Tambov hava limanları fəaliyyətini dayandırdı

Kaluqa və Tambov hava limanları fəaliyyətini dayandırdı

Floridada helikopter qəzaya uğradı - 4 nəfər xəsarət aldı

Floridada helikopter qəzaya uğradı - 4 nəfər xəsarət aldı

Niyə qadınlar kasıb kişiləri sevmir?

Niyə qadınlar kasıb kişiləri sevmir?

Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

İqlimi dəyişdirən gizli texnologiyalar...

İqlimi dəyişdirən gizli texnologiyalar...

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Hidayət Orucov VƏFAT ETDİ

Hidayət Orucov VƏFAT ETDİ

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

End of content

No more pages to load

RADİO