İnsanların ən çox istifadə etdiyi metroda niyə TİBB MƏNTƏQƏSİ yoxdur? – RƏSMİ AÇIQLAMA

Metro insanların ən çox istifadə etdiyi ictimai nəqliyyat növüdür. Bu il təkcə aprel ayında Bakı Metropoliteni ilə 20 milyon 510 min 190 sərnişin daşınıb.

Ötən ilin aprel ayı ilə müqayisədə sərnişin sayında 7,6 faiz artım qeydə alınıb. Orta statistik hesabla metropolitendən gün ərzində 683 min 673 sərnişin istifadə edib. Yəni hər gün, xüsusilə gur saatlarda metro stansiyalarında izdiham yaşanır. Səhər və axşam saatlarında insanlar asanlıqla qatarlara minə bilmir, bəzən bir neçə qatar yola salmalı olurlar.

Bu cür sıxlıqda halı pisləşən, nəfəs darlığı yaşayan sərnişinlər olur. Elə tez-tez mətbuatda və sosial şəbəkələrdə metroda sərnişinlərin halının pisləşməsi, hətta ölüm hallarının baş verməsi ilə bağlı məlumatlar oxuyuruq.

Metroda halı pisləşən insanlara ya ətrafdakı insanlar, ya metropilten işçiləri ilkin yardım göstərirlər. Aydındır ki, bu yardım peşəkar səviyyədə deyil. Bakı şəhərində isə təcili tibbi yardım avtomobilinin çağırılan ünvana anında çata bilmədiyi sirr deyil. Ona görə də metro kimi qapalı bir məkanda adi halsızlıq vəziyyəti belə daha pis hadisə ilə nəticələnə bilər.

Bəs “Bakı Metropoliteni”ndə həkim personalının xidmət göstərəcəyi tibb məntəqələri niyə yaradılmır?

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizim.Media-ya deyib ki, ilkin tibbi yardımla bağlı metropoliten işçiləri məlumatlandırılır:

“Metropolitenin fəaliyyəti sərnişindaşımadır. Tibb məntəqələri, tibb işçiləri isə səhiyyə sahəsinə aiddir. “Bakı Metropoliteni” QSC bu gün səhiyyə qurumları, xüsusilə də Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi ilə birgə operativ sürətli iş qurub deyə buna həm zərurət yoxdur, həm də bu məsələ dövrü olaraq iki qurum arasında müzakirə olunur. Əgər müzakirələrdən hər hansı başqa nəticələr əldə olunacaqsa, məlumatlar veriləcək. Təbii ki, onunla bağlı işçilər xüsusi təlimatlandırılır, məlumatlandırılır və ən operativ addımlar atılır”.

O bildirib ki, metrostansiyalara təcili tibbi yardımın gecikməsi ilə bağlı indiyədək heç bir şikayət daxil olmayıb:

“Təcili tibbi yardım metroda sərnişinlərin halının pisləşməsi hadisələrində ən qısa müddətdə gəlirlər. Bizim qurumla onların əlaqəsi adi məişətdə gördüyünüz formada deyil. Ən yaxın məntəqədən ən yaxın briqada göndərilir. Bu, iki qurum arasında tənzimlənib. Nümunə üçün deyək ki, “28 May” metrostansiyasından təcili tibbi yardıma zəng gedibsə, ora ən yaxın məntəqə, ən yaxın briqada hansıdırsa, o göndərilir”, - deyə Bəxtiyar Məmmədov qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğan: “Türkiyənin hər yerində ürəklər sizinlə birgə döyünəcək”

Ərdoğan: “Türkiyənin hər yerində ürəklər sizinlə birgə döyünəcək”

DÇ-2026: Türkiyə Avstraliyaya qarşı - CANLI

DÇ-2026: Türkiyə Avstraliyaya qarşı - CANLI

Kaluqa və Tambov hava limanları fəaliyyətini dayandırdı

Kaluqa və Tambov hava limanları fəaliyyətini dayandırdı

Floridada helikopter qəzaya uğradı - 4 nəfər xəsarət aldı

Floridada helikopter qəzaya uğradı - 4 nəfər xəsarət aldı

Niyə qadınlar kasıb kişiləri sevmir?

Niyə qadınlar kasıb kişiləri sevmir?

Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

İqlimi dəyişdirən gizli texnologiyalar...

İqlimi dəyişdirən gizli texnologiyalar...

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Hidayət Orucov VƏFAT ETDİ

Hidayət Orucov VƏFAT ETDİ

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

End of content

No more pages to load

RADİO