BİZİM TƏQVİM: 8 iyunda baş vermiş tarixi hadisələr

8 iyun 1604-cü ildə növbəti Səfəvi-Osmanlı müharibəsi (1603-1612) gedişində I Şah Abbasın qoşunları İrəvan qalasını ələ keçirib. Osmanlının nəzarətindən çıxan İrəvanın idarəçiliyi Əmirgünə xan Qacara verilib. Bundan bir qədər əvvəl Səfəvi qoşunları Təbrizi Osmanlıdan geri almışdı. 1580-ci illərdə tərəflər arasındakı müharibədə Azərbaycan əraziləri, demək olar ki, bütünlüklə (Talış bölgəsi və Ərdəbil istisna olmaqla) Osmanlının nəzarətinə keçmiş və bu, 1590-cı ildə İstanbul sülh müqaviləsində təsbit olunmuşdu.

Bəs, iyunun 8-də dünyada daha hansı hadisələr baş verib?

1. 8 iyun 632-ci ildə Əbubəkr islam xilafətinin ilk xəlifəsi seçildi.

2. 1883-cü il 8 iyunda Fransanın Tunis üzərində protektoratını hüquqi cəhətdən təsdiq edən La-Marsk konvensiyası imzalanıb. Bundan sonra ölkədə nominal monarxiya üsul-idarəsi saxlanılsa da, faktiki hakimiyyət Fransa baş rezidentinin əlinə keçib. Sonrakı 78 il ərzində Tunisdə Milli Azadlıq Hərəkatı ara verməyib. Yalnız 1956-cı ilin martında Fransa Tunisin müstəqilliyini tanıyıb.

3. 1908-ci il iyunun 8-də Azərbaycan dilində ictimai-siyasi, iqtisadi, ədəbi “Tərəqqi” qəzetinin ilk nömrəsi çapdan çıxıb.

4. 8 iyun 1912-ci ildə ABŞ-da məşhur "Universal" kinostudiyasının əsası qoyuldu.

5. 1928-ci ildə aviasiya tarixində ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarından Avstraliyaya uçuş başa çatdı. Heyəti iki avstraliyalı və iki amerikalı təyyarəçidən ibarət üçmotorlu “Fokker” təyyarəsi mayın 31-də Kaliforniya ştatındakı Oklend şəhərindən havaya qalxaraq iyunun 8-də Avstraliyanın Brisben şəhərinə yerə endi. 

6. 8 iyun 1936-cı ildə Türkiyədə iş, işçi və işə götürən əlaqələrini təşkil edən ilk əhatəli "İş qanunu" Türkiyə Böyük Millət Məclisində qəbul edildi.

7. 1958-ci ilin 8 iyun tarixində İstanbulun Bəyazid meydanında şimali Kiprdə  yaşayan türklərin haqqlarını qorumaq, onlara qarşı təzyiqlərə etiraz bildirmək üçün 300 min adamın iştirakı ilə "Ya bölün, ya ölüm" şüarı ilə mitinq keçirildi.

8. 8 iyun 1978-ci ildə iyirmi doqquz yaşlı Naomi Ceyms yaxta ilə Horn burnundan keçərək dünya səyahətini başa vuran ilk qadın olub. Təxminən 9 aylıq səyahəti zamanı ümumilikdə 43 min 452 kilometr məsafə qət edən N.Ceyms, eyni zamanda, özündən əvvəlki rekordu da iki gün fərqlə təzələyib.

9. 1992-ci ilin bu günündə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Dünya Sammitində Kanadanın təşəbbüsü ilə hər il iyunun 8-nin Dünya Okean Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Bu tarix 2008-ci ildə BMT tərəfindən rəsmi şəkildə Dünya Okean Günü kimi tanınmağa başlanır və əksər ölkələrdə qeyd olunur.

10. 8 iyun 2010-cu ildə İzmir və qəsəbələrində təşkilatlanan qadın cütçülər Türkiyənin ilk "Qadın cütçülər güç birliyi"ni yaratdı.

8 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 632-ci ilin bu günündə sonuncu peyğəmbər, eyni zamanda, ictimai-siyasi, dini və siyasi lider olan Məhəmməd ibn Abdullah (570/571-632) vəfat edib. 

2. Böyük Hollandiya fiziki və təbiətşünası Xristian Hügens  1629-cu ilin bu günü 36 yaşında dünyasının dəyişib.

3. Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, məşhur el sənətkarı Aşıq Alı 1800-cü il iyunun 8-də dünyaya gəlib. Aşıq Alı şifahi xalq ədəbiyyatında daha çox ustadnamələrilə məşhurdur. Qoşma, gəraylı, təcnis, müxəmməs və başqa formalarda yazdığı şeirlərdə vətən sevgisi, insanpərvərlik motivləri, məhəbbət və gözəlliyin tərənnümü əsas yer tutur.

4. Alman bəstəkarı, XIX əsr musiqisində romantizmin görkəmli nümayəndəsi Robert Şuman 1810-cu ilin bu günü doğulub. 24 yaşında (1834) “Yeni musiqi jurnalı” təsis edib.

5.  8 iyun əsl adı Amandina Avrora Lüsil Düpen olan, amma kişi imzası ilə yazan, romantizmin görkəmli nümayəndəsi Jorj Sandın xatirə günüdür. (1804-1876)

6. 1985-ci ilin 8 iyununda Mustafa Kamal Atatürkün mənəvi qızı, cümhuriyyətin ilk tarix professorlarından olan Afət İnan 77 yaşında dünyadan köçdü. (1908-1985)

7. Ehtiyaclar İyerarxiyası Nəzəriyyəsi ilə tanınan amerikalı psixologiya professoru Abraham Harold Maslov 1970-ci ilin bu günü həyatını itirib. (1908-1970)

8. Azərbaycan opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədova 8 iyun 1981-ci ildə vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğan: “Türkiyənin hər yerində ürəklər sizinlə birgə döyünəcək”

Ərdoğan: “Türkiyənin hər yerində ürəklər sizinlə birgə döyünəcək”

DÇ-2026: Türkiyə Avstraliyaya qarşı - CANLI

DÇ-2026: Türkiyə Avstraliyaya qarşı - CANLI

Kaluqa və Tambov hava limanları fəaliyyətini dayandırdı

Kaluqa və Tambov hava limanları fəaliyyətini dayandırdı

Floridada helikopter qəzaya uğradı - 4 nəfər xəsarət aldı

Floridada helikopter qəzaya uğradı - 4 nəfər xəsarət aldı

Niyə qadınlar kasıb kişiləri sevmir?

Niyə qadınlar kasıb kişiləri sevmir?

Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

İqlimi dəyişdirən gizli texnologiyalar...

İqlimi dəyişdirən gizli texnologiyalar...

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Hidayət Orucov VƏFAT ETDİ

Hidayət Orucov VƏFAT ETDİ

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

End of content

No more pages to load

RADİO