“Cəmiyyət pisləsə də, estetik əməliyyatlı qadınlara maraq daha böyükdür” – Psixoloq 

Son zamanlar məşhurlaşmaq istəyənlərin açıq-saçıq və ya vulqar geyimlərlə diqqətləri öz üzərlərinə çəkmələrinin şahidi oluruq. Daha çox bu missiyanı isə toy müğənniləri və sosial şəbəkə blogerləri yerinə yetirir. Estetik və bədənşəkilləndirmə əməliyyatları nəticəsində gözəlləşən bu məşhurlar açıq-saçıq geyimləri ilə bədənlərini nümayiş etdirir,  özlərini bir növ reklam etməklə məşğuldurlar. Bir sözlə bunu edərək doğurdan da məşhurlaşmağı bacarırlar. 

Maraqlıdır, buna əsasən deyə bilərikmi ki, cəmiyyətimiz açıq-saçıqlığa acdır?

Psixoloq Gülnar Orucova Bizim.Media-ya bildirib ki, cəmiyyət nə qədər pisləsə də, estetik əməliyyatlar keçirmiş xanımlara diqqət, maraq daha böyükdür:

“Amma bu maraq xüsusi kütləyə aiddir. Əvvəllər estetik əməliyyatları göz önündə olanlar etdirirdisə, indi sıradan evdar qadınlar da bunu etdirir. İnsanlar estetik əməliyyatları dəb halına gətiriblər. Keçmiş müğənnilərlə indikilər arasında çox böyük fərq var. Gəlin korifey Flora Kərimovaya baxaq. Onu kütlə yox, bütün cəmiyyət sevir. Çünki o, nə açıq-saçıq geyinib, nə bədənşəkilləndirmə edib, nə də ağır bahalı qızıllar taxıb. Lakin həmişə səsi ilə könülləri oxşayıb. Baxmayaraq ki, illər keçib, o məşhurluğunu qoruyub saxlayır”.  

Psixoloq bildirib ki, bugünkü müğənnilərin səhnəyə gəldikdən bir müddət sonra adları da yada düşmür: 

“Çünki onlar ancaq müəyyən kütlənin trendə çevirdiyi bayağı mahnıları ilə yadda qalırlar. Bu gün insanların beyni düşünmək yox, ancaq əylənmək və həzz istəyir. Bizdə trendə nəsə düşən kimi, hamı başlayır onu təkrarlamağa... Lakin onlar düşünmürlər ki, özümüzə hörmət hissi olmalıdır. Elə bil bunlara kimsə deyib ki, müğənni olmaq üçün birinci bədənşəkilləndirmə etməlisən, plastik əməliyyatlardan keçməlisən, sonra oxumalısan”.

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğan: “Türkiyənin hər yerində ürəklər sizinlə birgə döyünəcək”

Ərdoğan: “Türkiyənin hər yerində ürəklər sizinlə birgə döyünəcək”

DÇ-2026: Türkiyə Avstraliyaya qarşı - CANLI

DÇ-2026: Türkiyə Avstraliyaya qarşı - CANLI

Kaluqa və Tambov hava limanları fəaliyyətini dayandırdı

Kaluqa və Tambov hava limanları fəaliyyətini dayandırdı

Floridada helikopter qəzaya uğradı - 4 nəfər xəsarət aldı

Floridada helikopter qəzaya uğradı - 4 nəfər xəsarət aldı

Niyə qadınlar kasıb kişiləri sevmir?

Niyə qadınlar kasıb kişiləri sevmir?

Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

İqlimi dəyişdirən gizli texnologiyalar...

İqlimi dəyişdirən gizli texnologiyalar...

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Hidayət Orucov VƏFAT ETDİ

Hidayət Orucov VƏFAT ETDİ

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

End of content

No more pages to load

RADİO