"Bakı-Gəncə" və "Bakı-Mingəçevir" marşurut xətti üzrə sərnişinləri daşıyacaq avtobusların markası açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva "Sputnik Azərbaycan"a açıqlamasında danışıb.
Onun sözlərinə görə, sərnişinlər sözügedən istiqamətlərə "İveco" markalı avtobuslarla daşınmayacaq:
"Şəhərlərarası sərnişindaşımada müasir sərnişindaşıma tələblərə cavab verən "Neoplan" markalı, 48 oturacağa malik, komfortlu avtobuslar istifadə edilir".
Əsmər Əliyeva, həmçinin qeyd edib ki, şəhərlərarası xidmət göstərən "BakuBus" avtobuslarında xüsusi təlim proqramından keçmiş sürücülər xidmət göstərir.
Yeri gəlmişkən, marşrut üzrə gediş haqqı 9,2 manatdır.



Bizim.Media