“Qanunsuz hərbi forma geyinənləri bu cəza gözləyir” – Ədalət Verdiyevdən XƏBƏRDARLIQ 

Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər igidlərin erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi.

Müharibədən sonra isə şəhərdə hərbi geyimdə gəzən şəxslərin sayı kifayət qədər artıb. Natəmiz, uyğunsuz daşınılan bu geyimlərin hərbi geyim qaydalarına zidd olduğu da gözdən yayınmır. Bəzi hallarda isə hərbi formada gəzən şəxslərin ümumiyyətlə müharibə iştirakçıları olmaması faktları da üzə çıxıb.

Bəs hansı şəxs üçün hərbi geyimlə gəzmək qadağandır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə müddətli həqiqi hərbi xidmətə çağırılan və ya səfərbərliklə hərbi xidmətə cəlb olunan heyətə tərxis olunduqdan sonra hərbi geyimlə gəzməyə icazə verilmir: 

“Zabit və gizir heyətinin hərbi xidmətdən sonra hərbi geyim forması gəzdirməsi haqqında şəxsiyyət vəsiqəsində xüsusi qeydlər olur. Bu qeydlər əsasında hərbi geyim daşına bilər. Digər hallarda qanunsuz olaraq hərbi geyim formasını daşıyanlarla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 300 manatdan 500 manatadək cərimə nəzərdə tutulub. 

Lakin bu cərimələrin müvafiq icra strukturları tərəfindən tətbiq edilməməsi bəzi şəxslərin yeri gəldi-gəlmədi formada gəzməsinə, bəzən isə müxtəlif çirkin məqsədlərlə geyinilməsinə şahid oluruq. Bu da azmış kimi bəziləri üzü-başı natəmiz olduğu halda hərbi geyimi daşıyırlar. Bəzən mülki ayaqqabılarla, bəzən isə özünə aid olmayan qoşun növünün formasını geyinənlərə də rast gəlirik”. 

Ekspertin fikrincə, sözügedən hal orduda xidmət edən zabitlərin və vətəndaşlarımızın haqlı narazılığına səbəb olur:

“Bu baxımdan hesab edirəm ki, bizim həm hərbi polis, həm də mülki polis orqanları belə geyimdə gəzən şəxsləri gördükdə saxlamalı və sənəd tələb etməlidir. Sənəd yoxdursa, müvafiq cəza tədbirləri reallaşdırılmalıdır. Bu mənzərə dözülməz bir hala çevrilib. Dövlət strukturlarının tədbirlərində bəzən hərbi geyimdə gələn hərbi qulluqçuların səliqəsi, geyimi qaydasında olmur. 

Bundan əlavə, tədbirə gələn şəxslər öz qoşun növünə aid olmayan geyimi geyinirlər. Azərbaycanda kimə baxırsan, komando və ya XTQ formasında gəzir. Halbuki Orduda həm tankçılar, həm topçular, həm də quru qoşunlarının nümayəndələri var idi. Ona görə də hüquq-mühafizə orqanları təcili şəkildə bu prosesin qarşısını almalıdır”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - FOTO

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - FOTO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM - FOTO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM - FOTO

SON DƏQİQƏ: Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ oldu

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Rusiya Xarkovun mərkəzinə dronla zərbə endirdi - VİDEO

Rusiya Xarkovun mərkəzinə dronla zərbə endirdi - VİDEO

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Albaniyada etirazlar kəskinləşir: Trampın kürəkəninin tikinti sahəsində çəpərlər söküldü - VİDEO

Albaniyada etirazlar kəskinləşir: Trampın kürəkəninin tikinti sahəsində çəpərlər söküldü - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

13 yaşlı məktəbli vannada klinik ölüm vəziyyətində tapıldı

13 yaşlı məktəbli vannada klinik ölüm vəziyyətində tapıldı

Keniyada bəbir qürub çağını belə izlədi - VİDEO

Keniyada bəbir qürub çağını belə izlədi - VİDEO

Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəldi

Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəldi

Tramp Ukrayna ilə dron sazişi bağlayacaq?

Tramp Ukrayna ilə dron sazişi bağlayacaq?

DÇ-2026: Almaniya - Kurasao oyunu start götürdü

DÇ-2026: Almaniya - Kurasao oyunu start götürdü

Ukrayna Aİ-yə üzvlük üçün zəruri olan islahatların cəmi 15%-ni icra edib

Ukrayna Aİ-yə üzvlük üçün zəruri olan islahatların cəmi 15%-ni icra edib

Tramp Netanyahunu kəskin tənqid etdi: "Niyə bu addımı atırsan?" - VİDEO

Tramp Netanyahunu kəskin tənqid etdi: "Niyə bu addımı atırsan?" - VİDEO

Uşakov Putinin Trampla danışığının təfərrüatlarını açıqladı

Uşakov Putinin Trampla danışığının təfərrüatlarını açıqladı

Avropa Parlamenti nüfuzunu itirir - Ömər Çelik

Avropa Parlamenti nüfuzunu itirir - Ömər Çelik

Putin də Trampa zəng etdi

Putin də Trampa zəng etdi

Xankəndi Mədəniyyət Mərkəzində ilk konsert oldu - FOTO

Xankəndi Mədəniyyət Mərkəzində ilk konsert oldu - FOTO

Zooparkda maraqlı anlar: Qunduzlar kəpənək ovuna çıxdılar - VİDEO

Zooparkda maraqlı anlar: Qunduzlar kəpənək ovuna çıxdılar - VİDEO

End of content

No more pages to load

RADİO