Abituriyentlər psixoloji baxımdan özlərini imtahana necə hazırlamalıdırlar? – Mühüm AÇIQLAMA 

Xəbər verildiyi kimi, mayın 26-da abituriyentlər ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsində iştirak edəcəklər. Abituriyentlərin böyük əksəriyyəti imtahandan əvvəl qorxu, stress yaşayırlar. Bunun ən böyük səbəblərindən biri də ailələri tərəfindən basqı görmələridir. 

Maraqlıdır, abituriyentlər özlərini imtahana psixoloji olaraq necə hazırlamalıdırlar?

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Bizim.Media-ya bildirib ki, stress səviyyəsi imtahana hazırlıq dövründə və imtahan zamanı adi hallardan daha yüksək olur:

“Müəyyən qədər stress insana motivasiyalı və diqqətli olmağa kömək edə bilər, lakin həddindən artıq stress və təşviş ciddi psixoloji problemlərin yaranmasına səbəb olur. İmtahan stressi həddən artıq ağır olduqda bu hal normal olaraq abituriyenti tükəndirir. Qısa müddətdə bir çox məlumatı yenidən nəzərdən keçirmək məcburiyyətində qalmaq və əksinə materialları başa düşməmək, daim məsuliyyət və təzyiq altında olmaq və gələcəklə bağlı qayğılar abituriyentlərdə stressi daha da artıran amillərdir”.

E.Rüstəmov qeyd edib ki, bu dövrdə imtahan stressinin azalmasına, psixoloji rifahın qorunmasına və davamlılığın artmasına yardım edən bir çox faydalı üsullar var:

“Belə ki, müntəzəm olaraq uzun hazırlıq proseslərinə qısa fasilələr vermək və istirahət üçün vaxt ayırmaq çox vacibdir. Uzun müddət diqqətin dərslərə verilməsi faydalı iş əmsalını aşağı salaraq düzgün olmayan rejimə səbəb olur. İmtahana hazırlıq prosesində uzun müddətli yorucu hazırlıq deyil fəaliyyətin keyfiyyəti önəmlidir. Gəzinti, qaçış, idman və ya hobbilərlə məşğul olmaq beyini “sıfırlamaq” və diqqəti cəmləmək üçün əla seçimdir. 

Bu müddət ərzində fizioloji proses kimi yuxu da abituriyentin psixologiyasına ciddi təsir göstərir. Adətən uzun müddət dərslə məşğul olmaq üçün qəbul edilən kofeinli içkilər yuxu rejimin pozulmasına gətirib çıxarır ki, bu da beynin həddindən artıq yüklənməsinə və yüksək diqqət dağınıqlığına səbəb olan ən vacib amillərdəndir”.

Psixoloq onu da qeyd edib ki, imtahana hazırlaşma müddətində ailənin və digər insanların təzyiqi abituriyentin psixologiyasına təsirini xüsusi olaraq vurğulamaq lazımdır:

“Belə hallarda problemin ailə və müəllimlər tərəfindən həll edilməsi müəyyən qədər çətin və abituriyent tərəfindən qəbul edilməyən hal ola bilər. Lakin yeniyetmə unutmamalıdır ki, bu, onun öz həyatı və seçimidir. Doğrudur ki bəzən valideynlər övladına uğurlu karyera qurmaq üçün müəyyən istiqamətləndirici məsləhətlər verir və ya digər hallarda bu mövzuda təzyiqlər göstərir. Lakin həm abituriyent, həm də valideyn üçün gözləntilərin idarə edilməsi mühüm əhəmiyyət daşıyır. 

Burada ən böyük vəzifə valideynin üzərinə düşür. Övladı üçün hər şeyin yaxşısını istəyən valideyn onun psixoloji sağlamlığını da nəzərə almalıdır. Belə olduğu halda imtahanda aşağı və ya yüksək nəticə əldə etməsinə baxmayaraq, abituriyentin özünə olan güvən və dəyəri zədələnməyəcək. 

Bildiyimiz kimi, son dövrlərdə aşağı nəticə göstərən abituriyentlərdə özünə zərər vermək barədə düşüncələr, eləcə də suisidal cəhd hallarına daha çox rast gəlinməsi aktual mövzudur. Bu problemlə mübarizə üsulu kimi mütləq şəkildə mütəxəssis dəstəyinin və psixoloji seansların vacibliyini vurğulamaq lazımdır”. 

Psixoloqun sözlərinə görə, proses müddətində abituriyent özünə qarşı dəyərini inkişaf etdirməli, özünü təzyiq altında hiss etdiyi zaman bu təzyiqin mənbəyini araşdırmalı, uğursuzluq və mənfi düşüncələr olduğu zaman bu halı ailə və ətrafı ilə paylaşaraq hisslərini izah etməyə çalışmalı və özünü başqaları ilə müqayisə etməməlidir:
“Həyatın hər dövründə hazırlaşmalı olduğumuz imtahanların olduğu qaçınılmazdır. Unutmayaq ki, imtahanlar umduğunuz kimi keçmirsə, həmişə alternativ seçimlər mövcuddur. Bu hal heç vaxt konkret olaraq uğur və ya uğursuzluq adlandırıla bilməz. Hər bir proses kimi imtahanların da başlanğıcı və sonu var. Hər tunelin sonunda bir işıq var və imtahanla birlikdə gələn stress imtahanla da bitəcək, sadəcə bunun üçün müəyyən qədər səy göstərməyin önəmli olduğunu bilmək vacibdir”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hava limanında saxlanılan Koçaryanın ölkədən çıxışına QADAĞA QOYULDU

Hava limanında saxlanılan Koçaryanın ölkədən çıxışına QADAĞA QOYULDU

Ermənistanda daşınmaz əmlak alan Azərbaycan və Türkiyə vətəndaşlarının SAYI AÇIQLANDI

Ermənistanda daşınmaz əmlak alan Azərbaycan və Türkiyə vətəndaşlarının SAYI AÇIQLANDI

ABŞ-İran razılaşmasına İsraildən SƏRT REAKSİYA – FOTO

ABŞ-İran razılaşmasına İsraildən SƏRT REAKSİYA – FOTO

Bu şəxslər hərbi xidmətə çağırışdan AZAD OLUNACAQ – SİYAHI

Bu şəxslər hərbi xidmətə çağırışdan AZAD OLUNACAQ – SİYAHI

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Yaxın Şərqdə gərginlik səngidi, neft kəskin ucuzlaşdı – SON QİYMƏTLƏR

Yaxın Şərqdə gərginlik səngidi, neft kəskin ucuzlaşdı – SON QİYMƏTLƏR

“Zərgər” ləqəbli tacir nəvəsi necə SSRİ-nin rəhbəri oldu? – Sovet İttifaqının ən qısamüddətli lideri

“Zərgər” ləqəbli tacir nəvəsi necə SSRİ-nin rəhbəri oldu? – Sovet İttifaqının ən qısamüddətli lideri

Cengiz Kurtoğlu ilə bağlı üzücü xəbər

Cengiz Kurtoğlu ilə bağlı üzücü xəbər

2026 Dünya Kubokunda texnologiya dövrü: Top şarj oluncaq

2026 Dünya Kubokunda texnologiya dövrü: Top şarj oluncaq

Yekun sülh sazişi ilə bağlı İrandan İLK AÇIQLAMA

Yekun sülh sazişi ilə bağlı İrandan İLK AÇIQLAMA

Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA

Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA

Sumqayıtda fərdi yaşayış evində yanğın – VİDEO

Sumqayıtda fərdi yaşayış evində yanğın – VİDEO

Avropa İrana qarşı sanksiyaları LƏĞV EDƏ BİLƏR

Avropa İrana qarşı sanksiyaları LƏĞV EDƏ BİLƏR

Bu BÜRCLƏR gün ərzində ŞOK MESAJ alacaqlar – Həyatları dəyişəcək

Bu BÜRCLƏR gün ərzində ŞOK MESAJ alacaqlar – Həyatları dəyişəcək

Dünya çempionatı: İsveç darmadağınla qalib gəldi – VİDEO

Dünya çempionatı: İsveç darmadağınla qalib gəldi – VİDEO

Mahsun Kırmızıgül Bakıda toyda oxudu– Video

Mahsun Kırmızıgül Bakıda toyda oxudu– Video

ABŞ-İran razılaşmasına Ərdoğandan REAKSİYA - FOTO

ABŞ-İran razılaşmasına Ərdoğandan REAKSİYA - FOTO

Sağlam qidalanmaq üçün beyninizi aldatmağın 7 üsulu

Sağlam qidalanmaq üçün beyninizi aldatmağın 7 üsulu

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Füzulidə 67 yaşlı kişi faciəvi şəkildə HƏYATINI İTİRDİ

Füzulidə 67 yaşlı kişi faciəvi şəkildə HƏYATINI İTİRDİ

Duzun saxta olduğunu öyrənməyin asan yolu

Duzun saxta olduğunu öyrənməyin asan yolu

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

15 İYUN: Dövlətçiliyin xilası və gələcəyə doğru DÖNÜŞ NÖQTƏSİ

15 İYUN: Dövlətçiliyin xilası və gələcəyə doğru DÖNÜŞ NÖQTƏSİ

Bloqerin bacısı avtoqəzada həlak oldu- Fotolar

Bloqerin bacısı avtoqəzada həlak oldu- Fotolar

End of content

No more pages to load

RADİO