Göygöl rayonunda yeniyetmə çayda batıb.
Bizim.Media-nın yerli bürosunn məlumatına görə, hadisə Gəncəçayın rayon ərazisindən keçən hissəsində baş verib.
Gəncə şəhər sakini 2010-cu il təvəllüdlü Murad Yasin oğlu Allahverdiyev çayda boğulub.
Hadisə yerinə hüquq mühafizə orqanlarının və digər qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu