"Yaşıl dünya naminə həmrətlik ili"çərçivəsində Xaçmazın Xəzər dənizi sahillərində ekoloji aksiya baş tutub.
Bizim.Media xəbər verir ki, sahilboyu çimərliklərdə yığılan məişət tullantıları, dalğaların sahilə çıxardığı müxtəlif əşyalar təmizlənib və daşınıb.
Ekoloji aksiyada regional ekologiya və təbii sərvətlər idarəsinin, yerli icra və bələdiyyə qurumlarının nümayəndələri, sakinlər iştirak ediblər. Aksiyanın keçirilməsinin bir məqsədi də qarşıdan gələn çimərlik mövsümünə hazırlıq işlərinə başlanılmasıdır.
Bildirilib ki, ekoloji aksiya bölgənin məşhur turizm məkanı olan Nabran və bütün sahilboyu ərazilərdə də aparılacaq.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu