Unudulmaz müəllimimiz: Həsən Mirzə - 90

1980-cı ildə indiki Pedaqoji Universitetin filologiya fakültəsinə daxil oldum. Fakültəmizdə elmi-ədəbi ictimaiyyətdə nüfuz qazanmış müəllimlərimiz vardı; xalq yazıçısı İsmayıl Şıxlı, ədəbiyyatşünas-professor Xeyrulla Məmmədov, dilçi-professor Qəzənfər Kazımov, ədəbiyyat-nəzəriyyəçisi Himalay Qasımov və b. Onlardan biri də görkəmli dilçi-alim, professor Həsən Mirzəyev idi.xa0
Həsən müəllimin mehriban xasiyyəti vardı: böyüklə böyük idi, kiçiklə kiçik. Tələbələr onu çox sevərdi. Sadəliyi, istiqanlılığı ilə hamının hörmətini, məhəbbətini qazanmışdı.xa0
Sovet vaxtı tələbələri pambıq yığımına aparırdılar. İndiki Goranboy rayonunda pambıq yığımında Universitet rəhbərliyi, müəllim və tələbələrə Həsən Mirzəni rəhbər təyin etmişdilər. Hamımızın qayğısına qalar, heç kəsin xətrinə dəyməzdi.xa0
Pedaqoji praktikada da rəhbərimiz olub. Dil tədrisinin metodikasını mənimsəməyimizdə unudulmaz alimin zəhməti var.xa0
Həsən müəllim mənim xətrimi daha çox istəyirdi. Həm oğlu Müşfiqlə dost idik, 10 gün qış tətilində Moskvada bir yerdə səfərdə olmuşduq. Həm indi ADPU-da kafedra müdiri, professor olan, bacısı qızı Mahirə ilə bir oxuyurduq. Digər bacısının oğlu tarix fakültəsində təhsil alan Hadi ilə dost idik. Həm Universitetimizin yuxarı kursunda oxuyan, Mahirənin böyük qardaşı, bacısı oğlu, indi general rütbəsi daşıyan Əli ilə (prokuror Əli Nağıyev ”“ V.Ə) salaməleykimiz vardı.xa0

... 1992-ci il oktyabr ayının 13-də ADPU- dənamizədlik dissertasiyası müdafiə edirdim. ProfessorHəsən Mirzə “Şura”x9d üzvü idi. Müdafiəmdə mənə ən çox qayğı göstərən insanlardan biri Həsən müəllim oldu. Tribunaya qalxıb əsərimə yüksək qiymət verdi, özüm haqqında da tərifli sözlər dedi.xa0
Ənənəyə uyğun olaraq banket verməli idik. Binəqədi qəsəbəsində rəhmətlik nənəmgildə 55 nəfərlik bir ziyafət verdik. Həsən müəllim xahişimizlə məclisi idarə etməyi boynuna götürdü. İlahi, bu kişi necə sinədəftər imiş. Nə qədər şeir bilirmiş. Klassik poeziyadan, aşıq ədəbiyyatı nümunələrini inci kimi sapa düzürdü. Müğənni Şamo İsayevə tez-tez aşıq havaları oxutdururdu. Həmin məclisdən Həsən müəllimin xatirə şəkillərini şəxsi arxivimdə saxlayıram.xa0

Mən Az.TV-də işləyəndə rəhmətlik tez-tez otağıma gələrdi. Poeziyadan, musiqidən, aşıq ədəbiyyatından söhbətlər edib, sonra üzümdən öpüb gedərdi.xa0
Bir 10-15 il bundan qabaq yolum doğma APİ- yə düşmüşdü. Həsən müəllimin müdiri olduğu kafedranın qapısını açanda gördüm Həsən müəllim tələbə yoldaşım,professor Buludxan Xəlilovla nahar etməyə hazırlaşır. Məni görcək bağrına basdı, öpdü, dedi: - Otur çörək ye. Dedim: - Vallah, tələsirəm. Dedi: - Elə şey yoxdur. Güclə yedizdirdi. Duranda dedi :- Yox, meyvə ye sonra. Belə qəlbiaçıq, saf, səxavətli insanlar az olur.xa0
Yadımdadır, Yazıçılar Birliyində “Seçilmiş əsərləri”x9dninxa0 (çoxcildliliyinin ”“ V,Ə) təqdimat mərasiminə çağırmışdı. Təmtəraqli, unudulmaz bir tədbir keçdi.xa0
Son vaxtlar halını soruşardım, deyərdilər nasazdır,işə gələ bilmir. Mütəmadi olaraq usdadıma salamlar göndərirdim.xa0
... Neçə il öncə eşitdim dünyasını dəyişib, üç mərasiminə yetişdim. Əliyə, Hadiyə, Müşfiqə başsağlığı verdim. Unudulmaz müəllimim üçün “fatihə”x9d zikr elədim...

Ötən il professor Mahirə Nagıyevanın təşkil etdiyi ADPU ”“da onun xatirə gecəsində iştirak etdim. Sağolsun Mahirə dayısının xatirəsini əbədiləşdirir. Özü də dilçi-alim kimi onun davamçısıdır.xa0
Həsən müəllimin millət vəkili kimi parlamentdə çox işlər gördü. Dilçi kimi nitq hissəsi feili fundamental araşdırırdı. Nədənsə həmişə “feil”x9d ”“ deyəndə Həsən müəllim yadıma düşür.xa0
xa0
O, folklorumuz üçün çox işlər gördü. Aşıqlarımızın tanınmasında çox zəhməti var. Dərələyəz mahalının folklorunu, el ədəbiyyatını, aşıq şeir nümunələrini topladı, nəşr elətdirdi.xa0
Özü folklor ruhunda gözəl qoşmalar, nəğmələr yazdı, şeir kitabları çıxdı. Nəğmələri aşıqlarımızın dilindən düşmürdü.xa0
Gözəl ailə başçısıydı. Yusif, Müşfiq kimi gözəl övladlar tərbiyə etdi. O, bir nəslin ağsaqqalıydı. Çətinə düşənlərin dayağı, köməyi idi. Vətənpərvər, millətçi idi - əsl Azərbaycan oğluydu.xa0

Allah rəhmət eləsin professor, əməkdar elm xadimi, görkəmli linqivist, şair, folklorşünas, ictimai xadim və nəhayət, unudulmazxa0 müəllimimiz Həsən Mirzəyevə. Behiştlik olsun inşallah!xa0


Vüqar Əhməd,
Filologiya üzrə elmlər doktoru, professor
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya Belarus sərhədinə 5 minə yaxın əsgər göndərir

Almaniya Belarus sərhədinə 5 minə yaxın əsgər göndərir

İlham Əliyev Türkmənistan Prezidentini Füzulidə belə qarşıladı – FOTO

İlham Əliyev Türkmənistan Prezidentini Füzulidə belə qarşıladı – FOTO

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Qətlin təfərrüatı

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Qətlin təfərrüatı

Məktəblilərin Respublika İdman Olimpiadasında mübarizəsi DAVAM EDİR – FOTO

Məktəblilərin Respublika İdman Olimpiadasında mübarizəsi DAVAM EDİR – FOTO

Bu liseyin məzunları ali məktəbə qəbul ola bilməyib- ADLAR

Bu liseyin məzunları ali məktəbə qəbul ola bilməyib- ADLAR

Polşalı siyasətçi Ukraynanın dövlət mükafatlarını geri qaytardı – Orden qalmaqalı davam edir

Polşalı siyasətçi Ukraynanın dövlət mükafatlarını geri qaytardı – Orden qalmaqalı davam edir

Azərbaycanı təmsil etmək istəyən Plyuşşenko ilə bağlı YENİ XƏBƏR - VİDEO

Azərbaycanı təmsil etmək istəyən Plyuşşenko ilə bağlı YENİ XƏBƏR - VİDEO

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS EDİLDİ

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS EDİLDİ

DİQQƏT! Ceyranbatan qəsəbəsində qaz kəsiləcək

DİQQƏT! Ceyranbatan qəsəbəsində qaz kəsiləcək

Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi

Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi

Abşeronda kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi

Abşeronda kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi

Xaricdə distant təhsil alanlarla bağlı VACİB XƏBƏR

Xaricdə distant təhsil alanlarla bağlı VACİB XƏBƏR

Lökbatanda sərnişin avtobusu qəzaya düşdü – VİDEO

Lökbatanda sərnişin avtobusu qəzaya düşdü – VİDEO

Ukraynadan Krıma kütləvi HÜCUM – Kerç limanı alovlar içində - VİDEO

Ukraynadan Krıma kütləvi HÜCUM – Kerç limanı alovlar içində - VİDEO

Eldar Mansurovla Aysel Teymurzadə Romada -Fotolar

Eldar Mansurovla Aysel Teymurzadə Romada -Fotolar

Tramp energetika nazirinin sözünü ağzında qoydu: "Bu, heç kimin vecinə deyil" – VİDEO

Tramp energetika nazirinin sözünü ağzında qoydu: "Bu, heç kimin vecinə deyil" – VİDEO

Azərbaycan XİN-dən Lüksemburqa TƏBRİK - FOTO

Azərbaycan XİN-dən Lüksemburqa TƏBRİK - FOTO

Hörmüz boğazından keçid üçün rüsum TƏLƏB OLUNMAYACAQ

Hörmüz boğazından keçid üçün rüsum TƏLƏB OLUNMAYACAQ

Keçmiş icra başçısına yeni vəzifə verildi

Keçmiş icra başçısına yeni vəzifə verildi

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Nabrana gedən çökmüş yol bərpa edildi – VİDEO

Nabrana gedən çökmüş yol bərpa edildi – VİDEO

Tanınmış iqtisadçı 100 yaşında vəfat etdi

Tanınmış iqtisadçı 100 yaşında vəfat etdi

Meksikada mayya mədəniyyətinə aid qədim xarabalıqlar TAPILDI

Meksikada mayya mədəniyyətinə aid qədim xarabalıqlar TAPILDI

End of content

No more pages to load

RADİO