Xəzər dənizində maqnitudası 4,6 olan zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd edilir ki, yeraltı təkanlar yerli vaxtla saat 16:16-da qeydə alınıb.
Zəlzələ Xaçmaz rayonunda bəzi insanlar tərəfindən hiss olunub.
Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.
Bizim.Media