Kirayə götürdüyü evi satan şəxs tutuldu - Digərləri axtarışdadır

Xəbər verdiyimiz kimi, Bakıda vətəndaş dələduzluq edərək kirayə qaldığı evləri sahiblərinin xəbəri olmadan satıb.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) açıqlama verib.

Açıqlamada deyilir:

“Bakı şəhər sakini Leyla Nəbiyevanın müraciəti əsasında polis orqanında müvafiq araşdırma aparılıb, istintaq hərəkətləri icra olunub.

Araşdırmalarla müəyyən edilib ki, Rauf Kazımov özgənin əmlakını etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə Bakı şəhər sakini Leyla Nəbiyevanı aldadaraq xüsusi mülkiyyət hüququ ilə sonuncuya məxsus Xətai rayonunda yerləşən mənzili ötən ilin iyun ayında icarə müqaviləsi əsasında 1 il müddətinə icarəyə götürüb. 10 gün sonra Rusiya Federasiyasında yerləşən Notariat dairəsinə yalan informasiya verməklə etibarnamə əldə edib.

Azərbaycana qayıtdıqdan sonra isə Leyla Nəbiyevanın razılığı və məlumatı olmadan həmin etibarnamə əsasında daşınmaz əmlakı başqa şəxsə sataraq ev sahibəsinə 300 min manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törədib.
Binəqədi Rayon Polis İdarəsində fakta görə cinayət işi başlanılıb və cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı müəyyən edilib ki, R.Kazımov tanışları Anar Hacıyev, Emin İbrahimov və qeyriləri ilə qabaqcadan əlbir olaraq qrup halında cinayət əlaqəsinə girərək qeyd edilən əməli törədiblər.

Sonra istintaqla araşdırılan yolla mülkiyyətçi tərəfindən sözügedən mənzilə dair bütün mülkiyyət hüquqlarını R.Kazımova etibar edilməsinə dair əldə olunan etibarnamə ilə əvvəlcə Anar Hacıyevə, bundan sonra Dəyanət Əmrahova və nəhayət Azər Həsənova satılmasını həyata keçirərək özgəninkiləşdirilməsinə nail olunub.

İstintaq zamanı R.Kazımov və A.Hacıyevin alqı-satqı proseslərini həyata keçirdikdən sonra ölkə hüdudlarından kənara getmələri müəyyən edilib.

Bundan başqa Emin İbrahimovun da eyni üsulla cinayət törətməsi faktı əsasında onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi istintaq olunmuş, həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir.

Hazırda həmin şəxslərin saxlanılması və qrupun digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən BAHALAŞMA OLACAQ

Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən BAHALAŞMA OLACAQ

Tramp: "İranla razılaşmasaydıq, illərlə bomba yağdırmalı olacaqdıq"

Tramp: "İranla razılaşmasaydıq, illərlə bomba yağdırmalı olacaqdıq"

“Şəfa” daha bir futbolçu ilə müqaviləni uzatdı

“Şəfa” daha bir futbolçu ilə müqaviləni uzatdı

Bakı metrosunda həyəcan: Eskalator qəfil dayandı və azyaşlı...

Bakı metrosunda həyəcan: Eskalator qəfil dayandı və azyaşlı...

Direktordan sonra müavini də İŞDƏN ÇIXDI

Direktordan sonra müavini də İŞDƏN ÇIXDI

Rusiyada Hakan Fidana fəxri ad verildi

Rusiyada Hakan Fidana fəxri ad verildi

Tramp ən çox nüvə silahına sahib ölkəni AÇIQLADI

Tramp ən çox nüvə silahına sahib ölkəni AÇIQLADI

“Beşiktaş”ın Avropa Liqasındakı rəqibi bəlli oldu

“Beşiktaş”ın Avropa Liqasındakı rəqibi bəlli oldu

Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi – FOTO

Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi – FOTO

Qəbul imtahanında 12 nəfərin nəticəsi ləğv olundu

Qəbul imtahanında 12 nəfərin nəticəsi ləğv olundu

Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO

Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO

Xatirə geyimi ilə diqqət çəkdi - VİDEO

Xatirə geyimi ilə diqqət çəkdi - VİDEO

DÇ-2026: Portuqaliya-Konqo oyunun start heyətləri bəlli oldu

DÇ-2026: Portuqaliya-Konqo oyunun start heyətləri bəlli oldu

Ceyhun Bayramov Koreya nümayəndə heyətini qəbul etdi – Nələr müzakirə edildi? - FOTO

Ceyhun Bayramov Koreya nümayəndə heyətini qəbul etdi – Nələr müzakirə edildi? - FOTO

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

II və III ixtisas qrupu üzrə ən yüksək nəticəni cəmi bir nəfər TOPLADI

II və III ixtisas qrupu üzrə ən yüksək nəticəni cəmi bir nəfər TOPLADI

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi ELAN EDİLDİ

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi ELAN EDİLDİ

Bruno Lanqa “Qarabağ”da – VİDEO

Bruno Lanqa “Qarabağ”da – VİDEO

Çimərlikdə İNSİDENT – Kütləvi davanın ANBAAN VİDEOSU

Çimərlikdə İNSİDENT – Kütləvi davanın ANBAAN VİDEOSU

Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?

Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?

Yüksək vəzifəyə təyin olunan Aynur Mirzəyeva kimdir? - DOSYE

Yüksək vəzifəyə təyin olunan Aynur Mirzəyeva kimdir? - DOSYE

Hüquqşünasın faciəvi şəkildə ölən qızı ilə bağlı YENİ MƏLUMAT - VİDEO

Hüquqşünasın faciəvi şəkildə ölən qızı ilə bağlı YENİ MƏLUMAT - VİDEO

Azərbaycanda məktəblər sürətlə bağlanır – SƏBƏB

Azərbaycanda məktəblər sürətlə bağlanır – SƏBƏB

Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ

Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ

End of content

No more pages to load

RADİO