Ölkədə ilk dəfə Naxçıvan Dövlət Universitetində Tibb ixtisası üzrə SABAH qrupunun TƏQDİMATI OLUB - VİDEO

Ölkədə ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində Tibb ixtisası üzrə SABAH qrupunun təqdimatı olub.

Bizim.Media xəbər verir ki, tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, ölkəmizin ali təhsil sisteminin ən mütərəqqi layihəsi olan SABAH qrupu universitetin tibb ixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulub.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Dövlət Universiteti üçün nəzərdə tutulmuş prioritet məsələlərdən biri də tibb təhsili üzrə peşəkar kadrların hazırlanması, maddi-texniki bazanın gücləndirilməsi, yeni tədris korpusunun yaradılması, araşdırma tədris klinikasının fəaliyyətinin təmin olunmasıdır. 

“Ölkəmizdə ilk dəfə olaraq məhz Naxçıvan Dövlət Universitetində Tibb ixtisası üzrə SABAH qruplarının təqdimatının keçirilməsi mütərəqqi haldır. Çox şadıq ki, bu gün ölkəmizin qabaqcıl bir proqramının layihəsi əlamətdar bir ildə Naxçıvan Muxtar Respublikasının 100 illiyi, Tibb fakültəmizin 25 illiyi, SABAH quruplarının 10 illiyində məhz tibb ixtisasına şamil olundu. Belə bir əlamətdar ildə Naxçıvan Dövlət Universitetində belə bir proqramın fəaliyyətə başlaması muxtar respublikamızın gələcəkdə peşəkar həkim mütəxəssisləri ilə təmin olunmasına öz töhfəsini verəcək. Ümidvarıq ki, yüksək balla universitetə qəbul olmuş tələbələrimiz tədris ilində göstərdikləri yüksək nəticələrə görə hərmin quruplarda təhsil almaq imkanı qazanacaqlar”, - deyə çıxışda bildirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini, nazir vəzifələrini icra edən Elxan Nəcəfov ölkəmizdə təhsilin inkişafına göstərilən qayğıdan danışıb.

Naxçıvan Muxtar Respublikası ümumtəhsil müəssisələrində 70-ə yaxın tibb ixtisası istiqamətində hazırlaşan şagirdlərimiz bugün təqdimatda iştirak etdilər. Düşünürəm ki, bu Naxçıvan Muxtar Respublikası şagirdlərinin də tibb ixtisasına yönəlməsində və bu qruplar üçün rəqabətli oxumasına və nəticə göstərməsinə böyük bir stimul olacaq. 

Bildirilib ki, 4-cü ixtisas qrupu üzrə, xüsusilə də həkimlik ixtisasına hazırlaşan şagirdlərimiz üçün bu olduqca əla fürsətdir.  

Sonra tədbirdə videoçarx göstərilib.

SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova qeyd edib ki, SABAH qrupları Azərbaycan ali təhsil sistemində qabaqcıl dünya təcrübəsini paylaşmaq üçün yaradılmış bir layihədir. Ümid edirəm ki, Naxçıvanda gələcəkdə açılacaq tibb kompleksində, həm də dünya təcrübəsinin NDU-nun tibb sahəsinə gətirilməsinə töhfəsini verəcəkdir. Qonşu ölkələrlə, xüsusilə Türkiyə Respublikasının qabaqcıl Tibb sahəsi üzrə Universitetləri ilə birlikdə bağlanmış əməkdaşlıq müqavilələri, həkimlərin burda tədrisini davam etdirməsi, tələbələrin təcrübələrini digər araşdırma universitetlərində aparması və o universitetlərin qabaqcıl təcrübəsinin də universitetə gətirilməsinə şərait yaradacaq.

Tibb fakültəsinin dekanı İlhamə Mustafayeva bildirib ki, bu il Tibb fakültəsinin 25 ili tamam olur. 1999-cu ildə sadəcə pediatriya ixtisası üzrə 25 nəfər tələbə ilə fəaliyyətə başlayan tibb fakültəsi bu gün artıq istər Azərbaycanımız üçün, istər onun hüdudlarından kənarda əhali üçün ixtisaslı tibb kadrların yetişdirilməsi yolunda mühüm addımlar atır. Gələcəkdə SABAH quruplarında təhsil alan tələbələrin tədris metodlarının tətbiqi sahəsində və onların  tədqiqat üsullarının genişləndirilməsi sayəsində biz həm tədqiqatçı, həm araşdırmaçı, həm də yüksəkixtisaslı tibbi kadrların yetişdirilməsinə nail olacağıq.

Tədbirdə tibb ixtisası üzrə 1-ci kurs tələbəsi, Prezident təqaüdçüsü İnci Fərəcova universitetdə yaradılan tədris şəraitindən, gənclərə göstərilən qayğıdan danışıb. 

Tədbir bədii hissə ilə davam edib.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “Baydenin Ukraynaya verdiyi silahların pulunu Avropa ödəməlidir” – VİDEO

Tramp: “Baydenin Ukraynaya verdiyi silahların pulunu Avropa ödəməlidir” – VİDEO

Culfada hərbçi dəm qazından həyatını itirdi – FOTO

Culfada hərbçi dəm qazından həyatını itirdi – FOTO

Ronaldinyo böyük futbola QAYIDIR

Ronaldinyo böyük futbola QAYIDIR

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

Tramp xüsusi nümayəndələrini İranla danışıqlara GÖNDƏRDİ

Tramp xüsusi nümayəndələrini İranla danışıqlara GÖNDƏRDİ

DÇ tarixində ilk dəfə- Buna görə qırmızı aldı – VİDEO

DÇ tarixində ilk dəfə- Buna görə qırmızı aldı – VİDEO

SPF kremlər D vitaminin qarşısını alır? – Mütəxəssisdən ŞOK AÇIQLAMA

SPF kremlər D vitaminin qarşısını alır? – Mütəxəssisdən ŞOK AÇIQLAMA

Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul

Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul

Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək – FOTO

Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək – FOTO

İstixanaya gedən fəhlələr qəzaya düşdü – Yaralılar var

İstixanaya gedən fəhlələr qəzaya düşdü – Yaralılar var

Zəlzələ Yaponiyanı yerindən OYNATDI

Zəlzələ Yaponiyanı yerindən OYNATDI

35 yaşlı aktrisanın ölümünə meymun səbəb olubmuş... – SENSASİON İDDİA – FOTO

35 yaşlı aktrisanın ölümünə meymun səbəb olubmuş... – SENSASİON İDDİA – FOTO

Bölgələrə səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

Bölgələrə səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin SAYI AÇIQLANDI

Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin SAYI AÇIQLANDI

Bu da Trampın yeni “uçan saray”ı – VİDEO

Bu da Trampın yeni “uçan saray”ı – VİDEO

Türkiyə Dünya Çempionatı ilə vidalaşdı – VİDEO

Türkiyə Dünya Çempionatı ilə vidalaşdı – VİDEO

Zelenskidən Lukaşenkoya ultimatum: Bir həftəyə... – VİDEO

Zelenskidən Lukaşenkoya ultimatum: Bir həftəyə... – VİDEO

Koronavirus müayinələri üçün səhiyyə müəssisələri AYRILDI – RƏSMİ

Koronavirus müayinələri üçün səhiyyə müəssisələri AYRILDI – RƏSMİ

Araq davası ailəni dağıtdı — Qardaşım bilər, mən bilərəm!

Araq davası ailəni dağıtdı — Qardaşım bilər, mən bilərəm!

Bu görüntüləri gündəm oldu - VİDEO

Bu görüntüləri gündəm oldu - VİDEO

Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır

Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır

Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar

Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar

Hava KƏSKİN DƏYİŞİR – Temperatur enəcək, intensiv yağış yağacaq

Hava KƏSKİN DƏYİŞİR – Temperatur enəcək, intensiv yağış yağacaq

BİZİM TƏQVİM: 20 iyunda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 20 iyunda baş vermiş tarixi hadisələr

End of content

No more pages to load

RADİO