Şuşa meşələrində erməni vandalizmi davam edir

Əslində meşə yandırmaq ermənilərin ilk ekosidi deyil. Hələ 1988-ci ildə Topxana meşəsindəki ağacları kəsməklə ürəkləri soyumamış, meşəyə od vurmuşdular. Şuşa sakinləri çox çətinliklə meşəni söndürmüşdülər.

Bu dəfə isə Şuşada müvəqqəti olduqlarını, onların torpağı olmadığını bilərəkdən, meşələrimizi vəhşicəsinə yandırıb, təbiətə qarşı ekoloji terror törədiblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Hikmət Əlizadə bildirib ki, işğalçı Ermənistanın olduqca qiymətli Şuşa meşələrinə zəhərli və söndürülməsi mümkün olmayan maddələrdən istifadə etməklə od vurması təcavüzkar rejimin insanlığa zidd qəddar xislətini bir daha nümayiş etdirir.

Bütün Dağlıq Qarabağ bölgəsində olduğu kimi Şuşada da çox zəngin və qiymətli meşələrimiz var. İşğaldan əvvəl meşə fondunun ümumi sahəsi 8526 hektar olub.

Əsasən qiymətli və çoxillik palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc, qoz ağaclarından ibarət sıx meşəliklərin yaratdığı unikal bir ekosistemin məhv edilməsi, əsasən endem xarakterli bioloji müxtəlifliyə ciddi zərbə vuran bu vandal hərəkətlər Ermənistan tərəfinin də qoşulduğu ətraf mühit üzrə bütün beynəlxalq konvensiyalara görə bəşəri cinayət kimi qiymətləndirilir.

Çünki ağ fosfor tipli bombalardan istifadə etməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir.

Hikmət Əlizadə cinayət faktının qarşısının alınması, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün region ölkələrini, həmçinin dünya birliyində yer alan dövlətlərin təbiəti mühafizə qurumlarını, beynəlxalq ekoloji təşkilatları birləşməyə çağırıb.

Qeyd edək ki, işğalçı ölkə son 28 ildə Topxanadan 2000-dən çox palıd və digər qiymətli ağaclar kəsərək Ermənistana daşıyıb.

Şuşanın Cıdır düzündə, "Ağzı yastı” kaha adlanan yerin qarşısında Topxana meşə qoruğu zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb, orada müxtəlif adda qiymətli ağaclar qırılaraq tikinti işlərində istifadə edilib.

Meşələrin yandırılmasından sonra dəyən maddi ziyanı hələ ki, təqribi müəyyən etmək mümkün deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bizim Media-ya bildiriblər ki, bu məbləğ Şuşa azad ediləndən sonra bilinəcək.

Ağanisə Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cabir İmanovun atası yubileyini belə qeyd etdi - FOTO

Cabir İmanovun atası yubileyini belə qeyd etdi - FOTO

Xırdalanda qətl törədən şəxs həbs olundu - ÖZƏL

Xırdalanda qətl törədən şəxs həbs olundu - ÖZƏL

Azərbaycanda atasının kredit borcu övladına qaldı: PROSESİN İZAHI

Azərbaycanda atasının kredit borcu övladına qaldı: PROSESİN İZAHI

Zaqatalada ağacəkmə aksiyası - FOTO

Zaqatalada ağacəkmə aksiyası - FOTO

İsrail atəşkəsi pozub Livana HÜCUM ETDİ

İsrail atəşkəsi pozub Livana HÜCUM ETDİ

Bu evlər hər an ÇÖKƏ BİLƏR

Bu evlər hər an ÇÖKƏ BİLƏR

Trampdan sülh, Netanyahudan savaş ÇAĞIRIŞI – Son sözü diplomatiya, yoxsa silah DEYƏCƏK?

Trampdan sülh, Netanyahudan savaş ÇAĞIRIŞI – Son sözü diplomatiya, yoxsa silah DEYƏCƏK?

Ceyhun Bayramov əlcəzairli həmkarı ilə görüşdü - FOTO

Ceyhun Bayramov əlcəzairli həmkarı ilə görüşdü - FOTO

Döyməsi olanlar əsgərliyə APARILMIR?

Döyməsi olanlar əsgərliyə APARILMIR?

Avarçəkənlərimiz Türkiyədən 3 medalla qayıdırlar – FOTO

Avarçəkənlərimiz Türkiyədən 3 medalla qayıdırlar – FOTO

TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilir - FOTO

TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilir - FOTO

Elçin Əmirbəyov: “Ermənistan da "Qazan-qazan" prinsipindən faydalana biləcək”

Elçin Əmirbəyov: “Ermənistan da "Qazan-qazan" prinsipindən faydalana biləcək”

İmtahanlarda bu niyə baş verib? - SƏBƏBLƏR

İmtahanlarda bu niyə baş verib? - SƏBƏBLƏR

“Mançester Siti” çempionluq medallarını satışa çıxardı

“Mançester Siti” çempionluq medallarını satışa çıxardı

Şəhid anası vəfat etdi - FOTO

Şəhid anası vəfat etdi - FOTO

İranla müharibə İLLƏRLƏ hiss olunacaq - İTKİNİN MİQDARI

İranla müharibə İLLƏRLƏ hiss olunacaq - İTKİNİN MİQDARI

"Azərbaycan-Ermənistan sülhündən hər kəs qazanacaq"

"Azərbaycan-Ermənistan sülhündən hər kəs qazanacaq"

Xırdalanda qətl hadisəsi baş verib

Xırdalanda qətl hadisəsi baş verib

Sağlam qidalanma ilə bağlı ən çox yayılmış ALTI MİF

Sağlam qidalanma ilə bağlı ən çox yayılmış ALTI MİF

"Real"dan ayrılacaq 8 futbolçu – ADLAR

"Real"dan ayrılacaq 8 futbolçu – ADLAR

Spirtli içkilərin daha bir yan təsiri aşkarlandı – Çox ağrılı olur...

Spirtli içkilərin daha bir yan təsiri aşkarlandı – Çox ağrılı olur...

Mehriban Əliyeva Fələstinlə bağlı panel iclasda – FOTO

Mehriban Əliyeva Fələstinlə bağlı panel iclasda – FOTO

Zelenskinin havada qalan əli – İsveç kralının feodal təfəkkürü fonunda Avropanın İKİLİ STANDARTLARI – VİDEO

Zelenskinin havada qalan əli – İsveç kralının feodal təfəkkürü fonunda Avropanın İKİLİ STANDARTLARI – VİDEO

Kürdə təhlükəli VƏZİYYƏT

Kürdə təhlükəli VƏZİYYƏT

End of content

No more pages to load

RADİO