Xəbər verdiyimiz kimi, Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində ailə məişət zəminində dava zamanı 1973-cü il təvəllüdlü Balabəyova Arzu Bəxtiyar qızı əri tərəfindən bıçaqlanıb. Bu əməli törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Xatırladaq ki, əri ona ümumilikdə 14 bıçaq zərbəsi vurub.
Qeyd edək ki, A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.
Bizim.Media