Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ - FOTO 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) pulsuz “Sandbox” sistemləri ilə bağlı şirkət və müəssisələrə xəbərdarlıq edib. 

Bizim.Media xəbər verir ki, qurum bu kimi ödənişsiz sistemlərin böyük risk daşıdığını, hər hansı kiberhücum nəticəsində həssas məlumatların ələ keçirilmə risklərinin yüksək olduğunu vurğulayıb. 
  
XRİTDX-dən bildirilib ki, “Sandbox” sistemi - zərərli faylların və proqram təminatlarının qısa zamanda tədqiqini və qiymətləndirilməsini aparmaq üçün nəzərdə tutulmuş çox faydalı bir alətdir: 
“Quruma özəl “Sandbox” sistemlərinin təchiz edilərək qurulması vəsait tələb etdiyindən bir çox istifadəçilər bu kimi həllərin bulud versiyalarından, bir çox hallarda isə ödənişsiz versiyalarından istifadə edirlər. Fərdi istifadəçilərin şübhəli hesab etdikləri faylların zərərli olub-olmadığını təyin etmək məqsədilə onları internet vasitəsilə sözügedən sistemlərə göndərməsi və nəticə əldə etməsi üçün yaradılmış belə ödənişsiz “Sandbox” sistemləri göndərilən faylların məxfiliyini və ya konfidensiallığını qorumur. Belə ki, fərdi istifadəçilər üçün nəzərdə tutulmuş bu cür ödənişsiz platformalar sistemə yüklənən istənilən faylı öz saytlarında yoxlanılmış fayl kimi qeyd etməklə dərc edir. 

Bundan xəbərsiz olan, lakin daxil olmuş faylların təhlükəsizliyini yoxlamamaq üçün belə ödənişsiz xidmətlərdən istifadə edən bir çox müəssisə və bankların əməkdaşları konfidensial və fərdi məlumatları bilmədən ifşa etmiş olurlar. 

Hazırda ölkəmizdə ən çox istifadə olunan “ANY.RUN”, “Virustotal” kimi ödənişsiz platformalarda bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatların - sənədlər, müqavilələr, maliyyə və mülkiyyət faylları, CV-lər, hesabatlar və s. dərc olunduğunun şahidi ola bilərik. 

Belə platformaların fərdi qaydada istifadəsi kibergigiyena baxımından yoluxmanın qarşısının alınması məqsədilə çox təqdirəlayiq müsbət hal olsa da bank və müəssisələrin və istifadəçilərin həssas məlumatlarının hər kəsə əlçatan açıq şəkildə paylaşılması böyük risk daşıyır. 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərvericilərin Tədqiqi Laboratoriyası, müəssisə və şirkətlərə bulud əsaslı “Sandbox” platformalarından istifadə zamanı konfidensial və fərdi məlumatların mühafizəsini təmin etmək məqsədilə yoxlamaları qapalı analiz imkanlarına malik sistemlərdə aparmağı tövsiyə edir. Bununla yanaşı bilmək lazımdır ki, bu kimi sistemlərə yüklənən fayllar bəzi platformalarda hər kəsə açıq şəkildə paylaşılmasa belə, yüklənmiş fayllar 3-cü şəxslərin informasiya sistemində toplanır. Sözügedən sistemdə baş verə biləcək hər hansı kiberhücum nəticəsində həssas məlumatlar sızdırıla və ya hakerlərin əlinə keçə bilər. Bunu nəzərə alaraq, belə xidmətlərdən istifadə edərkən yüklənəcək fayllardan həssas məlumatları silmək və ya gizlətmək üçün məlumatların redaksiyasını və anonimləşdirilməsini təmin etmək vacibdir. Bununla yanaşı müəssisə daxilində əməkdaşların məlumatların qorunması, məxfilik və informasiya təhlükəsizliyi baxımından məlumatlılığının artırılması məqsədilə mütəmadi olaraq əlavə maarifləndirici tədbirlərin həyata keçirilməsi müəssisə daxili kibergigiyenanın yüksəldilməsi baxımından əhəmiyyətlidir”. 

Məlumat üçün qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərvericilərin Tədqiqi Laboratoriyası hazırda yeni həll olan milli “Sandbox” sisteminin hazırlanması üzərində çalışmalarını davam etdirir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə MMN Azərbaycan hərbçiləri üçün təlim keçəcək - FOTO

Türkiyə MMN Azərbaycan hərbçiləri üçün təlim keçəcək - FOTO

İrandan Ermənistana XƏBƏRDARLIQ: “Hədəf ola bilərsiniz!”

İrandan Ermənistana XƏBƏRDARLIQ: “Hədəf ola bilərsiniz!”

Sabah bəzi ərazilər qazsız qalacaq

Sabah bəzi ərazilər qazsız qalacaq

Prezidentə gələn növbəti TƏBRİK...

Prezidentə gələn növbəti TƏBRİK...

Lavrov Ukraynaya kütləvi zərbələrin ANONSUNU VERDİ

Lavrov Ukraynaya kütləvi zərbələrin ANONSUNU VERDİ

İsveç səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatdı - FOTO

İsveç səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatdı - FOTO

"Apple"ın 2027-ci il planları məlum oldu - Hansı "sürpriz"lər olacaq?

"Apple"ın 2027-ci il planları məlum oldu - Hansı "sürpriz"lər olacaq?

Cəlilabad sakini faciəvi şəkildə HƏYATINI İTİRDİ

Cəlilabad sakini faciəvi şəkildə HƏYATINI İTİRDİ

DÇ-2026-nın əsas favoritləri bəlli oldu - İLK ONLUQ

DÇ-2026-nın əsas favoritləri bəlli oldu - İLK ONLUQ

ABŞ və İranın razılığından sonra ilk tankerlər Hörmüz boğazından keçdi

ABŞ və İranın razılığından sonra ilk tankerlər Hörmüz boğazından keçdi

Bu tısbağa Ginnesin Rekordlar Kitabının rəsmi ikonası elan edildi

Bu tısbağa Ginnesin Rekordlar Kitabının rəsmi ikonası elan edildi

“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ

“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ

Nəhayət ki, o “Range Rover” satıldı

Nəhayət ki, o “Range Rover” satıldı

Yeni vəzifəyə təyin olunan Rəna Məmmədova kimdir?– DOSYE

Yeni vəzifəyə təyin olunan Rəna Məmmədova kimdir?– DOSYE

Sertifikasiyada iştirak edən müəllimlərin DİQQƏTİNƏ – Sabahdan etibarən...

Sertifikasiyada iştirak edən müəllimlərin DİQQƏTİNƏ – Sabahdan etibarən...

60 yaşlı kişi kanalda batdı

60 yaşlı kişi kanalda batdı

Co Baydenin narkoman oğlu bu təşkilatda işə düzəldi

Co Baydenin narkoman oğlu bu təşkilatda işə düzəldi

Azərbaycanda hibrid avtomobil qiymətləri yüksəldi - Köhnə maşınlar yenidən DƏBDƏ

Azərbaycanda hibrid avtomobil qiymətləri yüksəldi - Köhnə maşınlar yenidən DƏBDƏ

ŞOK: İranda etirazlarda öldürülən qadın və qızların saçları Ermənistana aparılır - FOTO

ŞOK: İranda etirazlarda öldürülən qadın və qızların saçları Ermənistana aparılır - FOTO

Moskvada “neft yağışı” – FOTO/VİDEO

Moskvada “neft yağışı” – FOTO/VİDEO

Kranlardan axan TƏHLÜKƏ - Paslı su ölümcül xəstəliyə səbəb olur?

Kranlardan axan TƏHLÜKƏ - Paslı su ölümcül xəstəliyə səbəb olur?

Cahangir Fərəcullayevə UEFA-da yüksək vəzifə verildi

Cahangir Fərəcullayevə UEFA-da yüksək vəzifə verildi

Belçika bütün "F-16" qırıcılarını Ukraynaya VERƏCƏK

Belçika bütün "F-16" qırıcılarını Ukraynaya VERƏCƏK

Trampın ABŞ bayrağı ilə bağlı planı alt-üst oldu –FOTO/VİDEO

Trampın ABŞ bayrağı ilə bağlı planı alt-üst oldu –FOTO/VİDEO

End of content

No more pages to load

RADİO