Astarada fərdi yaşayış evində yanğın olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın hadisəsi axşam saatlarında Astara rayonunun dağ kəndlərindən biri olan Marzəsə kəndində 50 yaşlı Maarif Mütəllim oğlu Babayevə məxsus fərdi yaşayış evində qeydə alınıb.
Yolsuzluq şəraitinə görə Astara rayon yanğından mühafizə hissəsinin texnikası əraziyə qalxa bilməyib.
2 mərtəbəli 6 otaqlı ev əşyaları ilə tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu