Keyfiyyətli şokalad YOXA çıxa bilər - Qorxunc STATİSTİKA 

Beynəlxalq birjalarda kakaonun qiyməti rekord səviyyədə artıb. Bəzi ekspertlər hesab edir ki, kakaonun qiymətində son 50 illik rekord qırılıb. Hazırda birjalarda bir ton kakaonun qiyməti 10 min dolları keçib. 

Bizim.Media xəbər verir ki, 2024-cü ilin əvvəlindən bəri Beynəlxalq ICE Futures birjasına görə kakao 2,4 dəfə bahalaşıb. Bu da tarixi rekorddur. Nəzərə alaq ki, kakaonun bahalaşması ötən ildən başlayıb. Keçən il qiymətlər orta hesabla 38% bahalaşıb. Bununla belə 2023-cü ilin sonunda kakaonun tonu 4,3 min dollara təklif olunurdu. Bu isə bir ton kakaonun 10 min dollara satılmasına səbəb olub. 

Mütəxəssislər hesab edir ki, rekord qiymət artımı kosmetika sənayesinə də mənfi təsir göstərəcək. Kakao yağı dəriyə qulluq və kosmetika hazırlamaq üçün istifadə olunur. Bundan əlavə şokolad və qənnadı sənayesində də kakaodan geniş istifadə olunur. Ona görə də yaxın zamanlarda dünyda şokaladın da qiyməti artacaq.
Beynəlxalq Kakao Təşkilatının məlumatına görə, artıq iki ildir müşahidə olunan qlobal kakao qıtlığı 2024-cü ildə də davam edəcək. Hətta vəziyyət fəlakət həddə çata  bilər. Əgər 2023-cü ildə Beynəlxalq Kakao Təşkilatı Afrikada 74 min ton məhsul kəsiri qeydə almışdısa, 2024-cü il üçün 500 min ton kakao məhsulu kəsiri proqnozlaşdırılır. Bu da bütün dünya kakao bazarının təxminən 1/10 hissəsinə bərabərdir.

Kakao niyə azalır? 

Nəzərə alaq ki, əvvəlki illərdə güclü yağışlar plantasiyalara ciddi ziyan vurdu. Nəticədə kakao ağacları xəstəliklərə tutuldu. Bu hesabla da məhsuldarlıq aşağı düşdü. İkinci məqam gübrələrlə bağlıdır. Qərbdə Rusiya gübrələrindən imtina ciddi qıtlıq yaratdı. Qeyd edək ki, Rusiya kənd təsərrüfatı gübrələrinin dünyada ən böyük təchizatçılarından biridir. Üçüncü amil geosiyasi amildir. Qırmızı dənizdəki böhran gəmiçiliyi çətinləşdirib. Gəmi hərəkətinə qoyulan məhdudiyyətlər xammalın qiymətlərinə təsir edir. Qırmızı dənizdən yan keçməklə digər marşrutlarla daşınma isə xeyli baha başa gəlir.

Bazarın əsas oyunçuları...

Kakao əsasən Cənubi Amerikanın subekvatorial bölgələrindən gəlir. Bununla belə, kakaonun əsas istehsalı Qərbi Afrika ölkələrində cəmləşib.  Ümumi dünya məhsulunun 70%-ə qədəri orada yığılır. Kakao istehsalında lider Kot-d'İvuardır ki, bu da dünya məhsulunun 30%-ni təşkil edir. Kakao digər tropik ölkələrdə - Qana, Nigeriya, Kamerun, İndoneziya, Braziliya, Ekvadorda da becərilir. 

Şokolad bahalaşacaqmı?

Kakaonun qiymətində görünməmiş artım təbii olaraq şokolad bazarına təsir edir. Nəzərə alaq ki, qiymətlər təkcə geosiyasətə görə deyil, həm də məhsul qıtlığına görə qalxır. Ona görə də keyfiyyətli şokolad yaxın zamanlarda  geniş əhali üçün əlçatmaz ola bilər. Bundan əlavə saxta əvəzedicilər istehsala yol tapar. Bu da bir başqa problemdir.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRUM ETDİ

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRUM ETDİ

Naxçıvanda bədbəxt HADİSƏ

Naxçıvanda bədbəxt HADİSƏ

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

"Neftçi" Cordan Rezabala ilə vidalaşdı

"Neftçi" Cordan Rezabala ilə vidalaşdı

End of content

No more pages to load

RADİO