Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağdaş şəhəri ərazisində qeydə alınıb. Belə ki,sürücü Tural Muradov idarə etdiyi “VAZ-21011” markalı avtomobili ilə yolu keçən piyada, 2019-cu il təvəllüdlü Ə.Hüseynovu vurub. Yaralı dərhal Ağdaş rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq piyada aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat edib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-nın yerli bürosuna bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Bizim.Media, Aran bürosu