Qardaşının boşanmasını istəməyib falçıya üz tutdu - İşə düşdü - FOTO

Özünü falçı kimi təqdim edərək vətəndaşın külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunan Mətləb Nemətullayevin cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan edilib.

İttihamda deyilir ki, Nemətullayevin cinayətinin üstü xanım müştərisinə hədə-qorxu gəldikdən sonra açılıb.

İttihamda göstərilib ki, instaqramda “Baxıcı Ekstrasens Hikmət” adı ilə fəaliyyət göstərmiş təqsirləndirilən şəxs falçı xidməti üçün müraciət edən Mədinə Məmmədovanı (ad və soyad şərtidir) aldadıb.

Mədinə ailəsində yaranmış problemin həll olunması, evindəki caduların təmizlənməsi, qardaşının ondan ayrılmaq üzrə olan həyat yoldaşının evə qayıtmasını və övladını abort etdirməməsi, anasının ölümcül xəstəliyə qalib gəlməsi və qardaşının əsəblərinin hər zaman sakit olması üçün Mətləbə ümumilikdə 7 min 790 manat pul verib.


Təqsirləndirilən şəxs söz verib ki, zərərçəkmişin qeyd etdiyi bütün problemləri aradan qaldıracaq.

Lakin bir müddət sonra müttəhimlə zərərçəkmişin arası pozulub. Mətləb cadugar kimi göstərdiyi xidmətə görə Mədinədən daha 2400 manat miqdarında pul tələb edib.

Zərərçəkmiş şəxs pulu verməkdən imtina etdikdə isə Mətləb onu özü və yaxın qohumları haqda rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. Bundan əlavə, qisas almaq niyyəti ilə zərərçəkmişin qardaşının və onun qayınanasının şəkillərini sosial şəbəkəyə yerləşdirib.
Zərərçəkmiş şəxsin şikayətindən sonra M.Nemətullayev həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Müttəhim dələduzluq və hədə-qorxu ilə bağlı ittihamı qəbul etmir. Nemətullayev zərərçəkmiş şəxsdən pulu faizə götürdüyünü deyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRUM ETDİ

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRUM ETDİ

Naxçıvanda bədbəxt HADİSƏ

Naxçıvanda bədbəxt HADİSƏ

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

End of content

No more pages to load

RADİO