Bu gün müsəlman dünyasının müqəddəs Ramazan bayramıdır.
Bizim.Media xəbər verir ki, Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.
Ənənəyə görə, Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxmalıdır. Fitrə bayram namazına qədər çıxarılmalıdır. Qazılar Şurasının fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır.
Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08:00, Təzəpir məscidində 09:00-a təyin edilib.
Məhz bu gün qılınacaq bayram namazından sonra müsəlmanlar yeni aya keçirlər və onların oruc və niyyətləri qəbul olunur.
Bizim.Media