TƏBİB sədri Vüqar Qurbanov Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yeni direktor təyin edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, onun əmrinə əsasən, Nərgiz Əliyeva Siyəzən Diaqnostika Mərkəzinə rəhbər təyin olunub.
44 yaşlı Nərgiz Əliyeva 17 il Mikrobiologiya institutunun baş həkimi işləyib. Onun koronavirusdan dünyasını dəyişən akademik Namiq Əliyevin qızı olduğu deyilir.
Məlumat Siyəzən icra hakimiyyətindən Bizim.Media-ya təsdiqlənib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.