Rusiyanın Azərbaycandakı səfirliyi Ramazan bayramı ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, paylaşım səfirliyin rəsmi “X” hesabında edilib.
“Azərbaycanlı dostlarımızı Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirik. Bu mübarək və sevincli bayramda sizə möhkəm cansağlığı, firavanlıq, uğurlar, tükənməz nikbinlik arzulayırıq. Uca Allah hər evə bərəkət, harmoniya, əmin-amanlıq gətirsin və ən əziz arzularınızı həyata keçirsin”, - deyə təbrikdə qeyd edilib.

Bizim.Media