Göygöldə rayon sakininin evinin qarşısında meyiti aşkar edilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Göygöl şəhərinin Dilqəm Verdiyev küçəsində baş verib.
1988-ci il təvəllüdlü Könül Qədimovanın meyiti yaşadığı evin qarşısında tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlumata görə, K.Qədimova şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu