Təhlükəyə çevrilən KÜÇƏ İTLƏRİ – Onları qısırlaşdıraq, yoxsa sığınacaqlara YERLƏŞDİRƏK? 

Bütün canlılar kimi təbiətdə payı olan itlər insanların kabusuna çevrilib. Belə ki, tez-tez mətbuatda küçə itlərinin uşaqlara, böyüklərə hücum etməsi, onları dişləməsi ilə bağlı xəbərlərə rast gəlirik. Mart ayının 3-də “Qobu Park – 3” yaşayış kompleksinin yaxınlığında itlərin dişlədiyi 9 yaşlı uşaqla bağlı məlumat da bu qəbildəndir.

Ötən gün isə Xırdalanda it 35 yaşlı qadını ayağından dişləyib və qadın xəstəxanaya çatdırılıb. Sakinlər küçədə, məktəb ətrafında sürü ilə dolaşan itlərin törədə biləcəkləri xoşagəlməz hadisələrdən narahatdırlar. Çünki küçə itlərinin tox olması, peyvəndlənməsi, axtalanmasına heç kim cavabdehlik daşımır. Ona görə də küçədə bizə hücum edən ac itlərin quduz olmadığının da zəmanəti yoxdur. 
 

MÖVZU İLƏ BAĞLI:

"Küçə itlərini yığın, Koreyaya, Çinə satın" - Tahir Kərimli 


Sahibsiz itlərlə konkret hansı qurumun məşğul olduğu da bəlli deyil. Əvvəllər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamenti daxilində mövcud olan Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi də ləğv edilib. Yəni hazırda sahibsiz heyvanların haqlarını müdafiə öhdəliyini hansı qurumun daşıdığı bəlli deyil. Lakin heyvanların qısırlaşdırılması, tibbi müayinəsinin aparılması və heyvan sığınacaqlarının təşkili yeli icra hakimiyyətləri və bələdiyyələrin sərəncamındadır.

Bəs küçə itləri üçün ölkədə sığınacaq sayı yetərlidirmi? Sığınacaq sayı kifayət olmadığı halda həmin itləri axtalamaqla küçədə yaşamasını təmin etmək olmazmı?

Belə məlum olur ki, hər rayonda hələ də sahibsiz heyvanlar üçün sığınacaqlar mövcud deyil. Yəni küçə itlərinin çoxluğu həm də qurumların, insanların biganəliyinin nəticəsidir.

Bakıda itlər üçün fəaliyyət göstərən sığınacaqlar barədə Bizim.Media-ya danışan “Onları sən qoru” layihəsinin rəhbəri Eldar Rüstəmov deyib ki, bu, bələdiyyələrin işidir:

“Onların peyvənd olunması, yerləşdirilməsi üçün “Toplan” və “IDEA” heyvanlara qayğı mərkəzləri fəaliyyət göstərir. “IDEA” qayğı mərkəzində xəstə heyvanları sağaldır, qısırlaşdırırlar və s. qayğısına qalırlar. “Toplan” isə sığınacaqdır. Ümumiyyətlə, tək “Toplan” buna kifayət etmir. Bunun üçün hər bir bələdiyyənin tərkibində sığınacaq olmaldıır. Müvafiq Nazirliyin planı olmalıdır. Başqa ölkələr bunun öhdəsindən necə gəlir, biz də onlardan nümunə götürməliyik. Həmin ölkələrdə xeyli sayda it öldürülsə də, sonradan bunun qarşısı alındı və hazırda küçələrdə sahibsiz heyvan görmək mümkün deyil. Çünki hər bir heyvan qısırlaşdırılır, sığınacağa yerləşdirilir”.

Eldar Rüstəmov hesab edir ki, heyvanları küçəyə atmaqla bağlı cəzaların sərtləşdirilməsi də məsələnin həllində yardımçı ola bilər:

“Digər ölkələrdə şəxs sığınacağa gedib, heyvana rəsmi şəkildə sahiblənir. Artıq insan həmin iti küçəyə atanda buna görə cərimələnir. Bizdə isə heyvanı zorlayanı 500 manat məbləğində cərimələyib, buraxırlar. Əslində, bu, belə olmamalıdır, yəni bununla bağlı tədbirlər nə qədər artırılsa, o qədər sahibsiz heyvanların sayı az olar. Bu tədbirləri həyata keçirmək çətin deyil, amma uzun prosesdir. Bu, 3-5 ay ərzində yox, 3-5 il ərzində addım-addım həll olunası məsələdir. İmkansız bir şey deyil”. 

O, heyvanların insanlara hücumunun arxasında körpəlikdən heyvana sevgi aşılanmamasının da rol oynadığını qeyd edib:

“İtin dişləməsinə qaldıqda bu da hardasa normal bir şeydir. Belə baxanda insan da insanı öldürür. Yəni ola bilər ki, itə qarşı hər hansı aqressiya olsun. Onda insan kimi düşüncə formalaşmayıb. Onlar qaç, don, savaş prinsipi ilə hərəkət edirlər. İt üçündən birini seçir, ola bilər ki, qorxub qaçsın, donsun və ya ona qarşı aqressiya göstərənlə savaşsın. 

Bizdə nə məktəbdə, nə də ailədə heyvana sevgi öyrədilir. Çox az valideyn övladına heyvana qarşı sevgi öyrədir. Uşaq vaxtı küçədə itə, pişiyə yaxınlaşanda valideyn bunu qadağan edirsə, onların pis olduğunu deyirsə, bu, uşağın şüuraltına yazılır. Bunlardan sonra heyvana qarşı normal sevgi gözləmək absurddur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRUM ETDİ

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRUM ETDİ

Naxçıvanda bədbəxt HADİSƏ

Naxçıvanda bədbəxt HADİSƏ

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

End of content

No more pages to load

RADİO