Azərbaycanın paytaxtı Bakıda yazıçı Çingiz Aytmatovun abidəsinin təntənəli açılış mərasimi keçiriləcək.
Bizim.Media “Kabar” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.
Açılış mərasimində Qırğızıstan prezidenti Sadır Japarov da iştirak edəcək. Onun səfəri 2024-cü il aprelin 24-25-nə planlaşdırılıb.
Bizim.Media