Gələcəyimizin xilası üçün ZƏRURİ ADDIM – Efirlərdə bayağı proqramları intellektual verilişlər ƏVƏZ EDƏCƏK

Son dövrlərdə televiziya efirlərinin vəziyyəti cəmiyyətin böyük kəsimini ciddi şəkildə narahat edir. Çünki efirlərdə əsas yeri bayağı verilişlər tutur ki, bu da ailə institutunun dağılmasından tutmuş, cəmiyyətin mənəvi deqradasiyasına qədər bir sıra ağır fəsadlara səbəb olur.

Doğrudur, son dövrlərdə bu cür verilişlərlə bağlı bir sıra ciddi tədbirlər görülüb. Onlara xəbərdarlıqlar edilib, bir çoxunun isə efir vaxtları azaldılıb.

Bu yetərlidirmi?
 

MÖVZU İLƏ BAĞLI:

Cəmiyyətimizi uçuruma aparan verilişlərə nə zaman QADAĞA QOYULACAQ?


Təbii ki, xeyr. Çünki dəyişikliklərin daha sistemli şəkildə aparılması vacib şərtdir. Bu yöndə isə bir sıra dövlət qurumlarının qarşısında mühüm vəzifələr dayanır. Xüsusilə də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bu yöndə bir sıra vəzifələri var. Belə ki, Agentliyin Nizamnaməsinin 3.1.10-cu yarımbəndində qeyd olunub ki, audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək Agentliyin əsas vəzifələrindəndir.

Buna müvafiq olaraq, aprelin 5-də Medianın İnkişafı Agentliyi Audiovizual Şura ilə birgə audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə elan edib.

Müsabiqə nədən ibarətdir?

Bu müsabiqə özündə bir sıra mühüm məqamları ehtiva edir. Ələxüsus da, audiovizual media subyektləri vasitəsilə dövlət və cəmiyyət üçün prioritet təşkil edən istiqamətlər barədə məlumatların ictimaiyyətə effektiv ötürülməsi müsabiqənin əsasını təşkil edir.

Bura Azərbaycanın dövlətçilik tarixi; milli adət-ənənələr və ailə dəyərləri; elm və mədəniyyət; azərbaycançılıq ideologiyasının yeni istiqamətləri – milli ideyanın təbliği; gənc nəsildə milli mənlik şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik hissinin inkişafı; elmi-kütləvi, mədəni-maarif, təhsil; ekologiya və ətraf mühitin mühafizəsi; uşaq və gənclərin fiziki və mənəvi inkişafı kimi istiqamətlər daxildir.

Müsabiqə yeni media mühitində maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, dövlət və cəmiyyət üçün prioritet istiqamətlər barədə məlumatların ictimaiyyətə səmərəli şəkildə çatdırılması məqsədilə keçirilir.

Müsabiqə hansı yeniliklərə səbəb olacaq?

Müsabiqədə qalib gəlmiş layihələrin icrası bir sıra mühüm yeniliklərə səbəb olacaq. 

Xüsusilə də, efirlərdə cəmiyyətin inkişafına yönələn maarifləndirmə materiallarının yayımını təşviq edən vahid siyasət formalaşacaq. Bu həm də müasir tələblərə uyğun, keyfiyyətli məzmun müxtəlifliyinin stimullaşdırılmasına şərait yaradacaq. 

Belə olan halda isə jurnalistikanın maarifçilik missiyası ön plana keçəcək, nəticədə televiziyalarda maarifləndirmə materialları bayağı verilişləri əvəz etməyə başlayacaq. Bu cür müsabiqələrin təşkili maarifləndirici materialların rəqabətədavamlılılığının artmasına da imkan verəcək. 

Efirlərdə maarifçiliyin ön plana keçməsi cəmiyyətə də mühüm təsir edəcək.

Xüsusilə də, müsbət və uğurlu davranış modelləri daha çox təbliğ olunacaq, bu da sosial və ailə münasibətlərinin daha səmərəli formalaşmasına şərait yaradacaq. İntellektual məzmunlu televiziya proqramlarının artması cəmiyyətin dünyagörüşünün artmasına yardım edəcək, həm də insanları öz biliklərini artırmağa təşviq edəcək. Bir sözlə efirdə bayağılıq azaldıqca, maarifçilik onun yerini tutacaq. Belə olan halda mənəvi və ailə dəyərlərinin qorunması, dövlətçilik ideyalarının aşılanması televiziyaların əsas prioritetinə çevriləcək.  

Bu isə son nəticədə gələciyimiz üçün vacibdir. 

Çünki televiziyaların hazırki durumu uşaqların və gənclərin əksəriyyətinin sosial şəbəkələrə yönəlməsinə səbəb olub. Lakin ciddi, intellektual məzmunun üstünlük təşkil etdiyi şəraitdə televiziyalar öyrənmək həvəsi daha yüksək olan uşaqların da diqqətini cəlb edəcək. Belədə, müasir, estetik zövqlü yeni nəsilin formalaşdırılması istiqamətində önəmli addım atılacaq.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRUM ETDİ

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRUM ETDİ

Naxçıvanda bədbəxt HADİSƏ

Naxçıvanda bədbəxt HADİSƏ

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

End of content

No more pages to load

RADİO