Şəmkirdə 70 yaşlı kişi işlədiyi evdə qəflətən ölüb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsində baş verib.
Qəsəbədə ikimərtəbəli evin damında işləyən 1954-cü il təvəllüdlü Azər Heydərov naməlum səbəbdən dünyasını dəyişib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Bildirilir ki, mərhum həmin evin tikintisində usta kimi işləyirmiş. Onun ölüm səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.
İlkin ehtimalara görə, A.Heydərov ürək tutmasından vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu