“Bəzən vətəndaşlar xarici akkreditasiyası olmayan, müvafiq lisenziyası olmayan ali təhsil müəssisəsini seçirlər. Onlar bunu bilmədən edirlər”.
Bizim.Media xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov qurumun jurnalistlər üçün təşkil etdiyi infosessiyada deyib.
O, bundan çıxış yolu kimi həmin təhsil müəssisələrinin siyahısının dərc olunacağını bildirib:
"Agentliyin müvafiq səhifəsində həmin təhsil müəssisələrinin siyahısı yerləşdiriləcək".
Günay Şahmar, Bizim.Media