Britaniyalı idmançı Russ Kuk Cənubi Afrikanın ən cənub nöqtəsi olan Cape Agulhasdan Afrika boyu qaçan ilk insan olub.
Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Məlumata görə, britaniyalı idmançı marşrut boyu bir neçə sınaqla üzləşib.
Anqolada onu qarət ediblər. Belə ki, pulu, sənədləri və avadanlıqları oğurlanıb.Konqo Demokratik Respublikasında isə kəndlərin birində onu qısa müddətə əsir götürüblər və yenidən qarət etməyə cəhd ediblər.
Ümumilikdə Kuk 352 gündə 16 min km məsafə qət edib və 16 ölkənin sərhədlərini keçib.

Bizim.Media