800 min manatlıq dələduzluqda təqsirləndirilən şəxslər məhkəmə zalında həbs edildilər

Bakıda vətəndaşların etibarından istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən dəstə üzvləri - Rufan Qasımov, Cavid Əliyev, Orxan Həsənov və Namiq Bayramov məhkəmə zalında həbs edilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsi Pərvin Məsimov vəsatət qaldıraraq, təqsirləndirilən şəxslərin zərərçəkmişlərə dəyən zərərin ödənilməməsi səbəbindən onlar haqqında polisin nəzarət altına vermə qətimkan tədbirinin dəyişdirilərək barələrində həbs qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.

Müşavirədən sonra məhkəmə vəsatəti təmin edərək təqsirləndirilən şəxslər - Rufan Qasımov, Cavid Əliyev, Orxan Həsənov və Namiq Bayramov məhkəmə zalından həbs edilmələri barədə göstəriş verib.

Xatırladaq ki, bundan öncə təqsirləndirilən şəxslərdən yalnız Zaur Zahidov həbsdə idi.
Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs qismində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Səhiyyə Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Novruz Əlimirzəyev və Rəşat Əhmədov tanınıb.

N.Bayramov, O.Həsənov, Z.Zahidov, R.Qasımov və C.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Z.Zahidov əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətə, R.Qasımov Tərtər Hərbi Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətə, C.Əliyev isə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 2 il 9 ay müddətə həbs ediliblər. O.Həsənov isə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin Ümumi şöbəsinin rəisi olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Yorğunam, bir az yatım, keçər” deyənlərdənsiniz?!

"Yorğunam, bir az yatım, keçər” deyənlərdənsiniz?!

Qadınlar, yoxsa kişilər daha tez AŞİQ OLUR?

Qadınlar, yoxsa kişilər daha tez AŞİQ OLUR?

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRUM ETDİ

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRUM ETDİ

Naxçıvanda bədbəxt HADİSƏ

Naxçıvanda bədbəxt HADİSƏ

End of content

No more pages to load

RADİO