Şirvan suvarma kanalı yenidən qurulacaq – SƏRƏNCAM  

Prezident İlham Əliyev “Şirvan suvarma kanalının yenidən qurulması haqqında” Sərəncam imzalayıb. 

Bizim.Media xəbər verir ki, Sərəncamda deyilir:

“Son dövrdə qlobal iqlim dəyişmələri və ölkədə suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində davamlı tədbirlər görülmüş, xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması, bir sıra ərazilərdə torpaqların yeni meliorativ sistemlərlə təchiz edilməsi, qənaətcil və mütərəqqi suvarma üsullarından istifadə dəstəklənmişdir. 

Uzun illər ərzində bu istiqamətdə görülən işlər, o cümlədən iri su anbarlarının, hidroqovşaqların, suvarma və kollektor-drenaj sistemlərinin, nasos stansiyalarının və digər infrastrukturların qurulub istifadəyə verilməsi ölkədə su təminatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə vermişdir. 
Ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq məcrasında baş verən dəyişikliklər, eləcə də qurğuların öz funksiyasını itirməsi su itkisinin artmasına səbəb olmuşdur. Bununla əlaqədar kanalın yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanmışdır”. 

Sərəncamda bildirilir ki, Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və effektiv şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə Yuxarı Şirvan suvarma kanalı yenidən qurulsun və Şirvan suvarma kanalı adlandırılsın. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə isə Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etmək tapşırılıb. 

İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Fövqəladə Hallar nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yevlax Şəhər İcra Hakimiyyəti, Ağdaş, Göyçay, İsmayıllı, Kürdəmir, Ağsu, Şamaxı və Hacıqabul rayon icra hakimiyyətləri, həmçinin digər aidiyyəti dövlət orqanları (qurumları) Şirvan suvarma kanalının yenidən qurulmasından irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görəcəklər. 

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Komissiya bu Sərəncamda nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll edəcək. 
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi suvarma kanalının yenidən qurulmasının cari ildə və növbəti illərdə maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görəcəklər. Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Yorğunam, bir az yatım, keçər” deyənlərdənsiniz?!

"Yorğunam, bir az yatım, keçər” deyənlərdənsiniz?!

Qadınlar, yoxsa kişilər daha tez AŞİQ OLUR?

Qadınlar, yoxsa kişilər daha tez AŞİQ OLUR?

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRUM ETDİ

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRUM ETDİ

Naxçıvanda bədbəxt HADİSƏ

Naxçıvanda bədbəxt HADİSƏ

End of content

No more pages to load

RADİO