Zərdabda qonşunun tövləsindən iribuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Gödəkqobu kəndində qeydə alınıb.
Belə ki, rayonun Gödəkqobu kənd sakininə məxsus evin həyətində olan tövlədən dəyəri 1000 manata yaxın olan bir dana gecə saatlarında naməlum şəraitdə oğurlanıb. Zərərçəkən bu barədə polisə müraciət edib və oğurluğu törədən qonşu, X.Əhədov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.
Bizim.Media, Aran bürosu